--:--:-- | 16 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Çində tayfun səbəbilə 270 min nəfər təxliyə olunub

Aysel Əlibəyli 28 Avqust 2026 · 13:40 1060 baxış

“Saudel” tayfunu Cıcian əyalətində güclü külək və yağışa səbəb olub

Elpress.az xəbər verir ki, Çinin Cıcian əyalətində “Saudel” tayfununun yaratdığı təhlükə ilə əlaqədar təxminən 270 min sakin təhlükəsiz ərazilərə köçürülüb.Əyalət hökumətinin məlumatına əsasən, ilin 18-ci tayfunu yerli vaxtla səhər saatlarında Yuhuan şəhərinin sahillərinə çatıb. Təbii fəlakət güclü külək və intensiv yağıntılarla müşayiət olunub. Tayfunun mərkəzində küləyin sürəti saniyədə 35 metrə çatıb. Təxminən bir saat sonra “Saudel” Vencou şəhərinin sahillərinə yaxınlaşıb.Təhlükənin qarşısının alınması məqsədilə əyalətdə bir gün əvvəl ən yüksək səviyyəli fövqəladə hazırlıq rejimi tətbiq edilib. Dənizdə olan qayıqlar sahilə qaytarılıb.Bildirilib ki, avqustun 27-dən etibarən 80 mindən çox mülki müdafiə əməkdaşı və 80 texnika mümkün fövqəladə hallara müdaxilə üçün hazırlıq vəziyyətində saxlanılıb.Milli Meteorologiya Mərkəzinin proqnozuna görə, tayfun saatda 20-25 kilometr sürətlə cənub-qərb istiqamətində irəliləyəcək və zaman keçdikcə gücünü itirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Fransada evsiz uşaqların sayı artır

Next Article

AQTA və DMA peşə hazırlığı layihəsini müzakirə edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Somon Air təyyarəsi Bakıdan İrəvana uçacaq

Aysel Əlibəyli 15 Oktyabr 2026 · 21:22 1022 baxış Tacikistanın “Somon Air” aviaşirkətinə məxsus “Boeing 737-8GJ” təyyarəsinin Bakıdan Ermənistanın paytaxtına uçuşu gözlənilir. Elpress.az xəbər verir ki, “Flightradar24” məlumatlarına əsasən, təyyarə oktyabrın 14-də Düşənbədən Bakıya gəlib. […]