Hörmüz boğazında minaya düşdüyü bildirilən “GFS Pride” konteyner gəmisinin yükünün bir hissəsinin dənizə yayıldığı barədə məlumatlar yayılıb.
Elpress.az xəbər verir ki, KİV-də yayılan iddialara görə, hadisədən sonra bəzi şəxslər qayıqlarla əraziyə yaxınlaşaraq suya düşən yükləri toplamağa çalışıblar.
Dənizə səpələnən əşyalar arasında bahalı ətirlər və “iPhone 18” telefonlarının olduğu da iddia edilir. Lakin bu məlumatlar hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.


