Bu gün Yasamal və Xəzər rayonlarının bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Elpress.az xəbər verir ki, “Azərişıq” ASC oktyabrın 16-da elektrik təsərrüfatında təmir və yenidənqurma işlərinin aparılacağını açıqlayıb. Məqsəd enerji təchizatının keyfiyyətini artırmaq və artan tələbatı qarşılamaqdır.
Yasamal rayonunda Abbas Mirzə Şərifzadə, Mirəli Seyidov, Nəriman Nərimanov, Rahib Tağıyev və Vasif Əliyev küçələrinin bəzi hissələrində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Xəzər rayonunda isə Albalılıq və Binə Atçılıq yaşayış massivlərində, eləcə də Buzovna qəsəbəsinin Abşeron küçəsinin bəzi ərazilərində eyni saatlarda qısamüddətli fasilə gözlənilir.
Təmir işləri başa çatdıqdan sonra abonentlərin elektrik enerjisi ilə daha keyfiyyətli və dayanıqlı təmin olunması nəzərdə tutulur.


