--:--:-- | 28 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Bəşər Əsədə qiyabi ölüm hökmü verildi

Aysel Əlibəyli 11 Avqust 2026 · 14:19 1068 baxış

Suriya məhkəməsi keçmiş prezident Bəşər Əsədi ölüm cəzasına məhkum edib

Elpress.az xəbər verir ki, Suriya məhkəməsi ölkənin keçmiş prezidenti Bəşər Əsəd barəsində ölüm hökmü çıxarıb.Dəməşq Cinayət Məhkəməsində keçirilən prosesdə Əsəd insanlıq əleyhinə cinayətlər, qətl və işgəncə ittihamları üzrə təqsirli bilinib. Məhkəmə onun qardaşı Mahir Əsəd və keçmiş təhlükəsizlik rəsmisi Atef Nacib haqqında da ölüm hökmü çıxarıb.Bəşər və Mahir Əsəd məhkəməyə gəlmədikləri üçün qiyabi mühakimə olunublar. Onların beynəlxalq axtarışa verilməsi ilə bağlı da qərar qəbul edilib. Atef Nacib isə məhkəmə iclasında iştirak edib və 2011-ci ildə Dəraa vilayətində baş verən hadisələrlə bağlı qətl, işgəncə və qətlə təhrikdə ittiham olunub.Xatırladaq ki, Bəşər Əsəd 2024-cü ilin dekabrında hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra Suriyanı tərk edərək ailəsi ilə birlikdə Rusiyaya gedib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı artıb

Next Article

Husilər Səudiyyə gəmisini vurdu: 3 ölü

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Nepalda sel və torpaq sürüşmələri: 668 nəfər ölüb

Aysel Əlibəyli 29 Avqust 2026 · 16:26 1054 baxış Çin sərhədi yaxınlığındakı fəlakətdə minlərlə insan itkin düşüb Elpress.az xəbər verir ki, Nepalın Çinlə sərhəddə yerləşən ərazilərində baş verən güclü sel və torpaq sürüşmələri ağır nəticələrə […]