--:--:-- | 30 Sentyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Fransanı cənginə alan isti dalğası: Ölənlərin sayı minə yaxınlaşdı

Aysel Əlibəyli 28 İyun 2026 · 15:04 1156 baxış

Elpress.az xəbər verir ki, Fransada son günlər müşahidə olunan rekord isti hava dalğası ağır nəticələrə yol açıb. İctimai səhiyyə orqanlarının açıqladığı məlumata görə, iyunun 24-dən etibarən ölkədə yüksək temperaturla əlaqələndirilən təxminən 1000 əlavə ölüm halı qeydə alınıb.

Məlumatda bildirilir ki, həyatını itirənlərin böyük əksəriyyətini – təxminən 85 faizini 65 yaşdan yuxarı şəxslər təşkil edir. Xüsusilə yaşlı və tək yaşayan insanların isti hava şəraitindən daha çox zərər gördüyü vurğulanıb.

Ən ağır vəziyyət yüksək temperaturla bağlı ən yüksək təhlükə səviyyəsinin elan olunduğu bölgələrdə qeydə alınıb. Paris və onun ətrafını əhatə edən İl-de-Frans regionunda evlərdə baş verən ölüm hallarının sayında ciddi artım müşahidə edilib.

Səhiyyə qurumları bildiriblər ki, açıqlanan statistika hələ yekun deyil. Qocalar evləri və digər sosial müəssisələrdən daxil olacaq yeni məlumatlardan sonra ölənlərin sayının daha da artacağı ehtimal edilir.

Bir neçə gün davam edən kəskin istilərdən sonra ölkənin əksər bölgələrində temperatur nisbətən aşağı düşsə də, Fransanın şimal-şərq hissəsində isti hava ilə bağlı xəbərdarlıqlar qüvvədə qalmaqdadır.

Fransanın səhiyyə naziri Stefani Rist qeyd edib ki, isti hava dalğasının insan sağlamlığına təsirləri temperatur normallaşdıqdan sonra da bir həftədən çox davam edə bilər.

Mütəxəssislər hesab edirlər ki, iqlim dəyişikliyi səbəbindən Avropada ekstremal hava hadisələri daha tez-tez baş verir. Son həftələrdə qitənin bir sıra ölkələrində rekord temperatur göstəriciləri qeydə alınıb, bu isə səhiyyə, nəqliyyat və enerji sistemlərinə əlavə yük yaradıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ağdərədə dəhşətli yol qəzası: Xeyli sayda şəxs xəsarət aldı

Next Article

Azərbaycan parlament nümayəndə heyəti Ukraynaya yollanır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Həbsxanaya narkotik aparan “kuryer pişik” tutuldu

Aysel Əlibəyli 22 İyul 2026 · 13:31 1090 baxış Rusiyada cəzaçəkmə müəssisəsinə narkotik keçirmək üçün istifadə edilən pişik təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılıb Elpress.az xəbər verir ki, Rusiyanın Nijni-Novqorod şəhərində yerləşən cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirmək […]

Trampın qolf-klubu üzərində təyyarələrə müdaxilə edildi

Aysel Əlibəyli 10 Avqust 2026 · 00:03 1064 baxış F-16 qırıcıları Bedminster üzərində uçuş məhdudiyyətlərini pozan təyyarələri ərazidən çıxarıb Elpress.az xəbər verir ki, ABŞ-ın Nyu-Cersi ştatının Bedminster şəhərində yerləşən qolf-klubunun üzərində bir neçə təyyarə uçuş […]