--:--:-- | 27 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Aİ-dən İspaniyaya müdafiə “yaşıl işıq”

Aysel Əlibəyli 12 İyun 2026 · 19:07 1140 baxış

Avropa İttifaqı (Aİ) İspaniyanın müdafiə xərclərini artırmasına şərait yaradan xüsusi büdcə mexanizminin tətbiqini rəsmən təsdiqləyib.

Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Avropa İttifaqı (Aİ) İspaniyanın müdafiə xərclərini artırmasına imkan verən xüsusi büdcə mexanizminin tətbiqini təsdiqləyib. Qərara əsasən, ölkə Sabitlik və Artım Paktı çərçivəsində nəzərdə tutulan milli istisna müddəasından istifadə edərək müdafiə sahəsinə əlavə maliyyə resursları yönəldə biləcək və bu imkan dördillik dövrü əhatə edəcək. Mexanizm İspaniyaya ümumi daxili məhsulun 1,5 faizinədək əlavə fiskal çeviklik verərək, müdafiə xərclərinin artırılmasına şərait yaradır, eyni zamanda isə digər büdcə sahələrində Aİ-nin maliyyə intizamı qaydalarına əməl olunması tələb olunur. Şura bununla yanaşı Avstriya, Belçika, Bolqarıstan, Xorvatiya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Almaniya, Yunanıstan, Macarıstan, Latviya, Litva, Polşa, Portuqaliya, Slovakiya və Sloveniyanın da oxşar müraciətlərini təsdiqləyib. Aİ qanunvericiliyinə əsasən, bu cür milli istisna müddəası fövqəladə və dövlətlərin nəzarətindən kənar hallarda büdcə qaydalarından müvəqqəti kənarlaşmaya imkan verir və yenilənmiş iqtisadi idarəetmə sistemi çərçivəsində ölkələr maliyyə qaydalarını pozmadan dövlət xərclərini artırmaq və ya büdcə kəsirini genişləndirmək hüququ əldə edirlər. Qərarın qəbulunda Avropanın təhlükəsizliyinə artan geosiyasi risklər və müdafiə sənayesinin sürətlə gücləndirilməsi zərurəti əsas amil kimi qeyd olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Prezidentdən aeroportlarla bağlı yeni Fərman

Next Article

Ağdaşda aqrar Dövlət Proqramı müzakirə olunub

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Tramp Pezeşkianla görüşə hazır olduğunu açıqlayıb

Aysel Əlibəyli 20 Sentyabr 2026 · 19:40 1094 baxış ABŞ Prezidenti İran lideri ilə Nyu-Yorkda görüş ehtimalına münasibət bildirib Elpress.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İran Prezidenti Məsud Pezeşkianla görüşməyə hazır olduğunu bildirib.Trampın […]

ABŞ-ın İrana hücumu: ölən və yaralananlar var

Aysel Əlibəyli 09 İyul 2026 · 15:55 1104 baxış ABŞ-ın İranın Hörmüzqan əyalətinin Sirik şəhərində yerləşən limana endirdiyi zərbə nəticəsində 3 nəfər ölüb, 15 nəfər yaralanıb. Elpress.az xəbər verir ki, İranın cənubunda yerləşən Hörmüzqan əyalətinin […]

Pekində 10 min kuryer təhlükəsizlik missiyasında

Aysel Əlibəyli 04 İyun 2026 · 13:58 1222 baxış İctimai təhlükəsizlik üçün Pekində kuryerlərə xüsusi hazırlıq Pekində ictimai təhlükəsizliyin gücləndirilməsi istiqamətində yeni təşəbbüs həyata keçirilir. Layihə çərçivəsində 10 mindən çox kuryer xüsusi təlim proqramlarına cəlb […]

Ukrayna Krımda Rusiya hərbi obyektlərinə zərbə endirib

Aysel Əlibəyli 28 Sentyabr 2026 · 14:21 1146 baxış Kəşfiyyat bir sıra texnika və radiolokasiya sistemlərinin məhv edildiyini bildirib Elpress.az xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Krımda Rusiya qüvvələrinin hərbi infrastrukturuna qarşı […]