--:--:-- | 27 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Ağdaşda aqrar Dövlət Proqramı müzakirə olunub

Aysel Əlibəyli 12 İyun 2026 · 19:12 1200 baxış

Mərkəzi Aran iqtisadi rayonunda kənd təsərrüfatı, balıqçılıq və akvakulturanın inkişafına dair 2026–2030 Dövlət Proqramının müzakirəsi üzrə regional müşavirə keçirilib.

Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Tədbir Prezident İlham Əliyevin sədrliyi ilə 2026-cı il 25 may tarixində keçirilən kənd təsərrüfatı müşavirəsində verilmiş tapşırıqların icrası və “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın regionlar üzrə əlaqələndirilmiş, çevik və səmərəli icrasının təmin edilməsi məqsədilə təşkil olunub.Ağdaşda keçirilən tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbərləri və nümayəndələri ilə yanaşı, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonlarından fermerlər iştirak ediblər.Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev çıxışında Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafına göstərdiyi diqqət və qayğıdan, eləcə də həmin müşavirədə verilmiş tapşırıqlardan bəhs edib. O, yeni Dövlət Proqramının məqsəd və əhəmiyyətini qeyd edərək bildirib ki, son illərdə aqrar sahədə genişmiqyaslı islahatlar aparılıb, dövlət dəstəyi mexanizmləri təkmilləşdirilib, aqroparkların yaradılması, müasir suvarma sistemlərinin tətbiqi və torpaq-su resurslarından səmərəli istifadə istiqamətində mühüm layihələr həyata keçirilib. Yeni proqram bu islahatların davamı kimi aqrar sektorun inkişafında yeni mərhələnin əsasını qoyur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Aİ-dən İspaniyaya müdafiə “yaşıl işıq”

Next Article

Abbas Əraqçi: “ABŞ-la razılaşma son mərhələyə çatır” – tarixi yaxınlaşma xəbəri

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan neftinin qiyməti 118 dolları ötdü

Aysel Əlibəyli 20 Oktyabr 2026 · 13:48 1144 baxış Dünya bazarında Azərbaycan neftinin qiymətində artım qeydə alınıb. “Azeri Light” markalı neftin bir bareli əvvəlki göstərici ilə müqayisədə 2,26 dollar bahalaşaraq 118,53 dollara çatıb. Elpress.az xəbər […]

Azərbaycan və Almaniya “yaşıl hidrogen” layihəsində birləşir

Aysel Əlibəyli 06 İyun 2026 · 13:07 1196 baxış Azərbaycan və Almaniya enerji sahəsində əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi üçün “yaşıl hidrogen” də daxil olmaqla bir sıra layihələr üzərində işləyir. Elpress.az xəbər verir ki, bu […]

Azərbaycan nefti 100 dolları keçdi

Aysel Əlibəyli 01 Avqust 2026 · 14:15 1090 baxış “Azeri Light”ın qiyməti 3,34 faiz artaraq 101,87 dollara çatıb Elpress.az xəbər verir ki, Dünya neft bazarında Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti əhəmiyyətli dərəcədə yüksəlib.CIF bazisi […]

Füzulidə istifadəyə yararsız ət aşkarlanıb

Aysel Əlibəyli 04 İyun 2026 · 18:27 1205 baxış Füzulidə istifadəyə yararsız 120 kiloqram ət dövriyyədən çıxarılıb Füzuli rayonu ərazisində aparılan nəzarət tədbirləri zamanı mənşəyi və keyfiyyəti şübhə doğuran külli miqdarda ət məhsulu aşkarlanıb. Elpress.az […]