Bakıda su satışı aparatlarını sındıraraq içərisindəki pulları oğurlamaqda şübhəli bilinən üç nəfər saxlanılıb.
Elpress.az Qafqazinfo-ya istinadən xəbər verir ki, paytaxtın Nəsimi, Nərimanov, Yasamal və Binəqədi rayonlarında müxtəlif ünvanlarda quraşdırılmış su satışı aparatlarının sındırılması və oradakı nağd pulun oğurlanması ilə bağlı polisə məlumatlar daxil olub.
Hadisələr zamanı aparatların pul qəbuledici hissələrinə də zərər vurulub və nəticədə şirkətə əlavə maddi ziyan dəyib.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xəyal Sultanzadə, əvvəllər məhkum olunmuş Ümid Tağıyev və Zöhrab Şamilzadə müəyyən edilərək saxlanılıblar.
Faktlarla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda araşdırmalar davam etdirilir.


