--:--:-- | 27 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Prezident: “Kiməsə dərs verməyə çalışmazdan əvvəl güzgüyə baxmalısınız”

Aysel Əlibəyli 27 Oktyabr 2026 · 13:02 1024 baxış

Prezident İlham Əliyev ikili standartlar siyasətinin beynəlxalq münasibətlərdən tamamilə çıxarılmasının vacibliyini vurğulayıb.

Elpress.az xəbər verir ki, dövlət başçısı bu barədə çıxışı zamanı danışıb.

Prezident bildirib ki, ikili standartlar, o cümlədən ölkələrə həyat tərzi ilə bağlı dərs vermək cəhdləri ilə özünü göstərir.

“Bunu etməzdən əvvəl güzgüyə baxmalısınız, özünüzdən soruşmalısınız ki, sizin kiməsə mühazirə vermək hüququnuz varmı?” – deyə İlham Əliyev qeyd edib.

Dövlət başçısının sözlərinə görə, müstəqil ölkələrə necə yaşamaq, nəyi etmək və ya etməmək barədə dərs verilməməlidir. O vurğulayıb ki, Azərbaycan öz məsuliyyətlərinə və qarşısında duran vəzifələrə diqqət yetirməli, digər ölkələrdə baş verənlərin isə həmin xalqların öz işi olduğunu nəzərə almalıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Prezident: Azərbaycanda bütün etnik qrupların və dinlərin nümayəndələri bir ailə kimi yaşayır

Next Article

Finlandiya Prezidenti: Azərbaycanın Avropa İttifaqına üzv olmaq şansı var

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Məzahir Əfəndiyevin yol cərimələri ilə bağlı 9 işə xitam verilib

Aysel Əlibəyli 16 Oktyabr 2026 · 08:36 1102 baxış Milli Məclisin deputatı Məzahir Əfəndiyevin yol hərəkəti qaydalarının pozulmasına görə ödənilməmiş cərimələri ilə bağlı məhkəməyə göndərilən doqquz inzibati işə xitam verilib. Elpress.az xəbər verir ki, Yasamal […]

Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib

Aysel Əlibəyli 17 Oktyabr 2026 · 16:37 1066 baxış Valeh Ələsgərov 80 illik yubileyi ərəfəsində dövlət mükafatına layiq görülüb. Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Valeh Feyruz oğlu Ələsgərov Azərbaycan […]