--:--:-- | 27 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Bakı metrosunun 27 stansiyasında ürək aparatları quraşdırılacaq

Aysel Əlibəyli 27 Oktyabr 2026 · 18:59 1028 baxış

Bakı Metropoliteninin bütün 27 stansiyasında avtomatik xarici defibrilyatorların (AED) quraşdırılması nəzərdə tutulur. Cihazların yerləşdirilməsi ilə bağlı tender prosesi keçirilib və işlər yekun mərhələyə çatıb.

Elpress.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC Oxu.Az-ın sorğusuna cavabında məlumat verib.

Qurumdan bildirilib ki, stansiyaların AED cihazları ilə təmin olunması ilə yanaşı, bu istiqamətdə digər zəruri tədbirlər də görüləcək.

Avtomatik xarici defibrilyatorlar ürəyin qəfil dayanması zamanı təcili yardım göstərmək üçün istifadə edilən portativ tibbi cihazlardır. Aparat ürəyin ritmini təhlil edir və zəruri hallarda elektrik impulsu verərək normal ritmin bərpasına kömək edir.

Belə cihazların metro stansiyalarında yerləşdirilməsi sərnişinlər arasında qəfil ürək dayanması baş verdikdə ilkin müdaxilənin daha operativ həyata keçirilməsinə imkan yarada bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İlham Əliyev: “Biz özümüzü müdafiə etdik, düşməni məğlub etdik”

Next Article

Putin: Azərbaycan Rusiya üçün enerji sahəsində etibarlı tərəfdaşdır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Nazir müavini açıqladı: Bakıda ekspres avtobuslar niyə pulsuz olmayacaq?

Aysel Əlibəyli 06 Avqust 2026 · 14:19 1068 baxış Bakı Metropolitenində xətlərin ayrılması layihəsi: Rəhman Hümmətov ekspres avtobusların pulsuz olmama səbəbini açıqladı Elpress.az xəbər verir ki, Bakı Metropolitenində xətlərin ayrılması layihəsi çərçivəsində ekspres avtobuslardan istifadənin […]

Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib

Aysel Əlibəyli 27 Sentyabr 2026 · 16:15 1088 baxış Şəhidlər bir dəqiqəlik sükutla anılıb Elpress.az xəbər verir ki, 27 Sentyabr – Anım Günü ilə əlaqədar saat 12:00-da Kəlbəcər şəhərində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən […]

FHN Bilgəh Kardioloji Sanatoriyasında təlim keçirib

Aysel Əlibəyli 22 Avqust 2026 · 11:39 1070 baxış Sanatoriyada fövqəladə hallar zamanı təxliyə və yanğınla mübarizə üzrə praktiki məşğələ təşkil olunub Elpress.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Bakı şəhərinin […]