ABŞ Prezidenti İran lideri ilə Nyu-Yorkda görüş ehtimalına münasibət bildirib
Elpress.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İran Prezidenti Məsud Pezeşkianla görüşməyə hazır olduğunu bildirib.Trampın bu barədə fikirləri Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyası ilə bağlı sual zamanı səslənib. Jurnalist Tre Yinqst bildirib ki, Pezeşkianın Baş Assambleyanın tədbirlərində iştirak edəcəyi nəzərə alınaraq Trampdan İran Prezidenti ilə görüşüb-görüşməyəcəyi soruşulub.ABŞ Prezidenti isə belə bir görüşə ehtimalən hazır olduğunu ifadə edib.


