Türkiyənin Naxçıvandakı baş konsulu vəzifəsinə təyin olunan Əli Sevim fəaliyyətə başlayıb.
Elpress.az xəbər verir ki, bu barədə APA məlumat yayıb.
Vəzifəsinin icrasına başlaması münasibətilə Əli Sevim Türkiyənin Azərbaycandakı səfiri Birol Akgünlə görüşüb.
Yeni baş konsul Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Protokol İdarəsinin rəisi Anar Nəcəflidən konsulluq fəaliyyətinə başlamaq üçün zəruri olan ekzekvaturanı — rəsmi icazə sənədini təhvil alıb.
Əli Sevim Türkiyənin Azərbaycandakı səfiri Birol Akgünlə birlikdə XİN-in Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya İdarəsinin rəisi Gürsəl İsmayılzadə ilə də görüş keçirib.


