--:--:-- | 22 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

ABŞ Yaxın Şərq üçün yeni strategiya hazırlayır

Aysel Əlibəyli 05 Sentyabr 2026 · 11:57 1058 baxış

Tramp administrasiyasının region siyasətini üç əsas istiqamət üzrə qurmağı planlaşdırdığı bildirilir

Elpress.az xəbər verir ki, ABŞ administrasiyasının İranla müharibədən sonrakı dövr üçün Yaxın Şərq siyasətini müəyyənləşdirəcək yeni strategiya üzərində işlədiyi iddia olunur.Hazırlıq mərhələsində olan strategiyanın Donald Trampın prezidentlik müddətinin qalan hissəsində Vaşinqtonun region siyasətinin əsas istiqamətlərini müəyyənləşdirməsi nəzərdə tutulur.Məlumata görə, planın üç əsas istiqamət üzrə formalaşdırılması nəzərdən keçirilir. İlk istiqamət İranın regiondakı təsir imkanlarının məhdudlaşdırılması üçün ABŞ-ın regional tərəfdaşları arasında daha sıx əməkdaşlıq mexanizminin yaradılmasını nəzərdə tutur.İkinci istiqamətdə Qəzza ilə bağlı planın növbəti mərhələsinin həyata keçirilməsi, İsrail və Suriya arasında təhlükəsizlik razılaşmasının əldə olunması və İsrail-Livan arasında mövcud razılaşmaların icrasının təmin edilməsi məsələləri yer alır.Üçüncü istiqamət isə İsrail ilə Yaxın Şərq ölkələri arasında münasibətlərin normallaşdırılmasının genişləndirilməsinə yönəlib. Bu çərçivədə İbrahim sazişlərinin əhatəsinin genişləndirilməsi və Səudiyyə Ərəbistanı ilə İsrail arasında normallaşma razılaşmasının əldə olunması hədəflənir.Strategiyanın hazırlanması zamanı İsraildə oktyabrın 27-də keçirilməsi planlaşdırılan parlament seçkilərinin və noyabrda ABŞ-da gözlənilən seçkilərin də nəzərə alındığı bildirilir.ABŞ administrasiyasının seçkilərdən sonra İsraildə formalaşacaq hökumətin Vaşinqtonun müharibədən sonrakı Yaxın Şərq siyasəti ilə əməkdaşlığa hazır olacağına ümid etdiyi qeyd olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycanda texnologiya yönümlü yeni universitet təklif edilib

Next Article

Bakı və Abşeronda su infrastrukturu yenilənir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İran rəsmisindən region ölkələrinə xəbərdarlıq

Aysel Əlibəyli 26 Sentyabr 2026 · 14:41 1078 baxış Məhəmməd Moxbar: İranın hava nəqliyyatına maneə yaradılarsa, region da təsirlənəcək Elpress.az xəbər verir ki, İranın Ali Liderinin müşaviri Məhəmməd Moxbar region ölkələrinə hava nəqliyyatı sahəsində yaranan […]

İspan diplomat İsrail XİN-ə çağırılıb

Aysel Əlibəyli 28 Sentyabr 2026 · 14:44 1094 baxış Madrid rəsmisinin Fələstinlə bağlı açıqlaması diplomatik narazılığa səbəb olub Elpress.az xəbər verir ki, İspaniyanın müvəqqəti işlər vəkili Fransiska Pedros İsrail Xarici İşlər Nazirliyinə çağırılıb.İsrail XİN-in məlumatına […]

NATO-nun diqqəti Türkiyədə

Aysel Əlibəyli 01 İyul 2026 · 12:15 1096 baxış Ankara sammitində müdafiə sənayesi və hərbi xərclər əsas mövzu olacaq Elpress.az-ın məlumatına əsasən, NATO-nun Baş katibi Mark Rutte Türkiyənin alyans daxilində strateji rolunu və müdafiə sənayesində […]