--:--:-- | 23 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Azərbaycanda texnologiya yönümlü yeni universitet təklif edilib

Aysel Əlibəyli 05 Sentyabr 2026 · 11:55 1056 baxış

İnformasiya texnologiyaları üzrə ixtisaslaşan ayrıca ali məktəbin yaradılması təklif olunur

Elpress.az xəbər verir ki, Azərbaycanda informasiya texnologiyaları və digər texnoloji istiqamətlər üzrə ixtisaslaşacaq ayrıca ali təhsil müəssisəsinin yaradılması təklif olunub.Təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, son illərdə I ixtisas qrupunun R alt qrupu üzrə kompüter və informasiya texnologiyaları istiqamətlərinə maraq əhəmiyyətli dərəcədə artıb.Onun sözlərinə görə, hazırda müxtəlif ali məktəblərdə IT və texnologiya sahəsinə aid ixtisaslar tədris olunur. Lakin yalnız texnologiya istiqamətinə fokuslanan böyük və ixtisaslaşmış universitetin yaradılması bu sahədə təhsilin inkişafına və rəqabətin güclənməsinə şərait yarada bilər.Ekspert qeyd edib ki, belə bir ali məktəb yeni təhsil planlarının açılmasına imkan verə, eyni zamanda digər universitetlərdə qəbul yükünün azalmasına kömək göstərə bilər.Elmin Nuri texnologiya sahəsində ixtisaslaşmış universitetin yaradılmasının ölkədə IT təhsilinin əsas mərkəzlərindən birinin formalaşmasına xidmət edə biləcəyini vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

FHN-də könüllü qanvermə aksiyası keçirilib

Next Article

ABŞ Yaxın Şərq üçün yeni strategiya hazırlayır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Səbinə Əliyevanın Ombudsman kimi 7 illik fəaliyyəti yekunlaşır

Aysel Əlibəyli 04 Oktyabr 2026 · 13:22 1080 baxış Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili postunda dəyişikliklə bağlı proses yaxın aylarda gündəmə gələ bilər. Hazırkı Ombudsman Səbinə Əliyevanın 7 illik səlahiyyət müddəti bu ilin noyabrında tamamlanır. […]

“PAŞA Kapital”ın rəhbər heyətində yeni təyinat

Aysel Əlibəyli 12 İyun 2026 · 16:36 1168 baxış “PAŞA Kapital” İnvestisiya Şirkətində rəhbər vəzifələrdən birinə yeni təyinat həyata keçirilib. Elpress.az FED.az-a istinadən xəbər verir ki, Gülşən Cumayeva Korporativ Kommunikasiyalar, İnsan Resursları və Biznesə Dəstək […]

Rəşad İsmayılov Laçında vətəndaş qəbulu keçirib

Elşən 15 May 2026 · 14:42 1162 baxış Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələr üzrə vətəndaş qəbulu qrafikinə uyğun olaraq, 15 may 2026-cı ildə ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Laçın rayonunda Laçın və […]

Kasıb ailələrdə uşaqların sayı daha çoxdur

Aysel Əlibəyli 06 Avqust 2026 · 16:54 1064 baxış Dövlət Statistika Komitəsi: Aşağı gəlirli ailələrdə nəfər sayı varlı ailələrə nəzərən daha yüksəkdir Elpress.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, istehlak xərcləri əsasında aparılan […]