--:--:-- | 29 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Zakir Fərəcov SDU-da təmir işlərini nəzərdən keçirib

Aysel Əlibəyli 12 Sentyabr 2026 · 16:46 1090 baxış

Sumqayıt Dövlət Universitetinin 3-cü tədris korpusunda auditoriyalar və infrastruktur yenilənir

Elpress.az xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt Dövlət Universitetinin 3-cü tədris korpusunda aparılan əsaslı təmir və yenilənmə işləri ilə tanış olub.Universitetin rektoru, professor Nurəli Yusifbəyli ilə birlikdə korpusa baxış keçirən şəhər rəhbərinə görülən işlər, yenilənmiş auditoriyalar, inzibati və yardımçı otaqlar, eləcə də binanın maddi-texniki təminatı barədə məlumat verilib.Təmir işlərinin əsas məqsədinin tədris mühitinin müasir tələblərə uyğunlaşdırılması, tələbələr və professor-müəllim heyəti üçün daha əlverişli şəraitin yaradılması və tədris infrastrukturunun imkanlarının genişləndirilməsi olduğu bildirilib.Üçüncü tədris korpusunda Humanitar və sosial-siyasi elmlər fakültəsi və Əlavə təhsil şöbəsi fəaliyyət göstərir. Binada kitabxana, yeməkxana və idman infrastrukturu da mövcuddur. İdman zalında Azərbaycan Qılıncoynatma Federasiyasının nəzdində yaradılmış Sumqayıt mərkəzi fəaliyyət göstərir.Hazırda korpusun istilik təminatının yaxşılaşdırılması üçün qazanxana və istilik sisteminin əsaslı təmiri həyata keçirilir. Yeni sistemin müasir avadanlıq və idarəetmə vasitələri ilə təchiz olunaraq binanın daha etibarlı və səmərəli istiliklə təmin edilməsinə imkan verəcəyi gözlənilir.Rektor Nurəli Yusifbəyli universitetin maddi-texniki bazasının gücləndirilməsi və tədris infrastrukturunun yenilənməsinin əsas prioritetlərdən olduğunu bildirib. Zakir Fərəcov isə təhsil infrastrukturunun müasirləşdirilməsinin şəhərin sosial-iqtisadi inkişafı baxımından əhəmiyyətini vurğulayıb.Qeyd edilib ki, hazırda universitetdə üç tədris binası və iki tələbə yataqxanası fəaliyyət göstərir. Tədris binalarında müxtəlif fakültələr, laboratoriyalar, kitabxanalar, yeməkxanalar, idman və digər tələbə xidmətləri üçün nəzərdə tutulmuş infrastruktur mövcuddur.Universitetin tələbə yataqxanalarından biri əsaslı təmir edilərək müasir tələblərə uyğunlaşdırılıb. Tələbə Evində 248 nəfərlik yaşayış imkanı yaradılıb. Burada mətbəx, duş, camaşırxana, kitabxana, yeməkxana, tibb və izolyasiya otaqları, idman zalı, mini-futbol və voleybol meydançaları, internet və istilik sistemi fəaliyyət göstərir.500 və daha yüksək bal toplayaraq universitetə qəbul olan tələbələrin Tələbə Evində ödənişsiz yerləşdirildiyi bildirilib. Həmçinin bu tədris ilindən etibarən şəhid övladları üçün də ödənişsiz yaşayış imkanı yaradılıb. Eyni bal göstəricisinə malik tələbələr təqaüdlə də təmin olunurlar.2026–2027-ci tədris ili üzrə universitetə 2090 tələbə qəbul olunub. Ötən tədris ilində bu göstərici 1659 nəfər olub. Beləliklə, qəbul olunanların sayı bir il ərzində 431 nəfər, təxminən 26 faiz artıb.Universitetdə tələbə sayının artması nəzərə alınaraq tədris infrastrukturunun genişləndirilməsi, tələbə xidmətlərinin yaxşılaşdırılması və təhsil prosesində rəqəmsal həllərin tətbiqinin davam etdiriləcəyi bildirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Xarici diplomatlar “İstisu” zavoduna baş çəkib

Next Article

Riyaziyyatçılar süni intellektin riyaziyyata təsirindən narahatdır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

AzTU-da ikinci təhsil almaq istəyənlərə şans

Aysel Əlibəyli 24 Avqust 2026 · 16:24 1076 baxış Azərbaycan Texniki Universitetində (AzTU) 2026/2027-ci tədris ili üzrə təkrar ali təhsil almaq istəyənlər üçün sənəd qəbulu davam edir. Elpress.az xəbər verir ki, universitetdə əyani təhsil formasında […]

Ombudsmanın maaşı 12 min manat oldu

Aysel Əlibəyli 30 Sentyabr 2026 · 20:56 1092 baxış Elpress.az xəbər verir ki, Milli Məclis İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. Məsələ ilə bağlı qanun layihəsi parlamentin […]

Azərbaycan hərbçilərinə 4 aylıq ingilis dili təlimi

Aysel Əlibəyli 25 Avqust 2026 · 18:52 1076 baxış Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunun Xarici Dil Mərkəzində hərbi qulluqçular üçün ingilis dili kursuna start verilib. Elpress.az xəbər verir ki, kurs ABŞ […]

İstidən bezən camışlar çaya axışdı

Aysel Əlibəyli 30 Avqust 2026 · 12:28 1072 baxış Türkiyədə camış sürüsünün sərinləmək üçün çaya toplaşması maraqlı görüntülər yaradıb Elpress.az xəbər verir ki, Türkiyənin Bitlis vilayətində havaların isinməsi camış sürüsünü sərinləmək üçün çaya üz tutmağa […]