Elpress.az xəbər verir ki, Milli Məclis İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib.
Məsələ ilə bağlı qanun layihəsi parlamentin payız sessiyasının ilk plenar iclasında ikinci səsverməyə çıxarılıb və qəbul edilib.Dəyişikliyə əsasən, Ombudsmanın aylıq vəzifə maaşı əvvəlki 3 060 manatdan 12 min manatadək artırılır.Yeni qaydaya görə, qanun qüvvəyə minənədək Ombudsmana ödənilən vəzifə maaşı, əlavə ödənişlər, mükafatlar və digər ödənişlər yeni müəyyənləşdirilən aylıq vəzifə maaşının tərkibinə daxil ediləcək.
Dəyişikliyin 2026-cı il yanvarın 1-dən tətbiq edilməsi nəzərdə tutulur.


