--:--:-- | 11 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Azərbaycan hərbçilərinə 4 aylıq ingilis dili təlimi

Aysel Əlibəyli 25 Avqust 2026 · 18:52 1066 baxış

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunun Xarici Dil Mərkəzində hərbi qulluqçular üçün ingilis dili kursuna start verilib.

Elpress.az xəbər verir ki, kurs ABŞ Müdafiə Dil İnstitutunun (DLI) təlimatçılarının iştirakı ilə təşkil olunub. Açılış mərasimində institutun rəhbərliyi, Xarici Dil Mərkəzinin professor-müəllim heyəti və kursa cəlb edilən hərbi qulluqçular iştirak ediblər.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Çıxışlarda xarici dil biliklərinin hərbi qulluqçuların peşəkar hazırlığında mühüm əhəmiyyət daşıdığı vurğulanıb və kurs iştirakçılarına uğurlar arzulanıb.

Dörd ay davam edəcək təlimlər çərçivəsində ABŞ Müdafiə Dil İnstitutunun təlimatçıları tərəfindən hərbçilərin ingilis dili üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi nəzərdə tutulur. Dərslər zamanı iştirakçıların dinləmə, oxu, yazı və danışıq qabiliyyətlərinin təkmilləşdirilməsinə xüsusi diqqət yetiriləcək.Kursun təşkili və tədris prosesi barədə iştirakçılara ətraflı məlumat verilib. Tədbirin sonunda xatirə fotosu çəkdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Formula 1 yarışı ilə bağlı Azərbaycana gələnlərə viza proseduru sadələşdirilir

Next Article

Hörmüz boğazında yeni dəniz dəhlizi yaradılacaq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Musiqidən təsirlənən insanların fərqli xüsusiyyəti

Aysel Əlibəyli 21 İyul 2026 · 14:58 1072 baxış Musiqi dinləyərkən bədənin ürpəşməsi beynin xüsusi reaksiyası ola bilər Elpress.az xəbər verir ki, bəzi insanlar musiqi dinləyərkən bədənlərinin ürpəşməsi və tüklərinin biz-biz olması hissini yaşayırlar. Mütəxəssislər […]

Bakının 5 əsas yolunda nəqliyyat sıxlığı yarandı

Aysel Əlibəyli 03 Avqust 2026 · 09:47 1070 baxış Bakının bir sıra əsas magistral yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur. Elpress.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Məlumata əsasən, […]