--:--:-- | 12 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

AzTU-da ikinci təhsil almaq istəyənlərə şans

Aysel Əlibəyli 24 Avqust 2026 · 16:24 1058 baxış

Azərbaycan Texniki Universitetində (AzTU) 2026/2027-ci tədris ili üzrə təkrar ali təhsil almaq istəyənlər üçün sənəd qəbulu davam edir.

Elpress.az xəbər verir ki, universitetdə əyani təhsil formasında ikinci ali təhsil almaq üçün qəbul bir sıra iqtisadi, texniki və mühəndislik ixtisasları üzrə aparılır.Təkrar ali təhsil üçün müraciət edən şəxslərdən qəbul imtahanı tələb olunmur. Ali təhsili olan şəxslər əvvəlki ixtisaslarının fərqli olması və ya hazırkı vəzifələrinin seçdikləri ixtisasa uyğun gəlməsi halında müsabiqədə iştirak edə bilərlər. Müvafiq şərtlərə uyğunluq universitetin müsabiqə komissiyası tərəfindən müəyyənləşdirilir.

Qəbul beynəlxalq ticarət və logistika, biznesin idarə edilməsi, maliyyə, marketinq, menecment, kompüter elmləri, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi, aerokosmik mühəndislik, energetika mühəndisliyi, mexatronika və robototexnika mühəndisliyi, sənaye mühəndisliyi və digər ixtisaslar üzrə həyata keçirilir.1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil alan şəxslər isə diplomları Elm və Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra AzTU-da təkrar ali təhsil ala bilərlər.

Dərslər saat 18:30-da başlayır. Sənəd qəbulu 31 avqust 2026-cı il tarixinədək elektron formada həyata keçirilir.

Müraciətlər portal.edu.az platforması üzərindən qəbul olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

DİN-dən əməliyyat: 116 kiloqram narkotik ələ keçirildi

Next Article

Laçında beynəlxalq film festivalı başladı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakının və Abşeronun bəzi ərazilərində işıq olmayacaq

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 08:43 1048 baxış Elpress.az xəbər verir ki, sentyabrın 11-də Bakı və Abşeronun bir sıra ərazilərində planlı təmir işləri səbəbindən elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq. “Azərişıq” ASC-dən bildirilib ki, işlər […]

Xarici diplomatlar Qarabağ Universitetinə səfər ediblər

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 14:57 1052 baxış Diplomatik nümayəndələr universitetdə yaradılan təhsil infrastrukturu ilə tanış olublar Elpress.az xəbər verir ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura təşkil olunan iki […]

Bakının bu yolunda hərəkət məhdudlaşdırılacaq

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 22:20 1070 baxış Elpress.az xəbər verir ki, aparılacaq təmir işləri ilə əlaqədar Binəqədi rayonunda Moskva prospektinin kənar yolunun Biləcəri enişi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti dayandırılacaq. Azərbaycan Avtomobil Yolları […]

Mühafizə olunan duracaqlarla bağlı yeni qayda

Aysel Əlibəyli 06 Oktyabr 2026 · 11:35 1060 baxış Nazirlər Kabineti nəqliyyat vasitələrinin mühafizə olunan duracaqlara gətirilməsi və saxlanılması ilə bağlı qaydada dəyişiklik edib. Elpress.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı yeni […]