--:--:-- | 06 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Abşeronda yeni Ailə Sağlamlıq Mərkəzi istifadəyə verildi

Aysel Əlibəyli 03 İyul 2026 · 12:52 1096 baxış

Elpress.az xəbər verir ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasının nəzdində fəaliyyət göstərən Aşağı Güzdək Ailə Sağlamlıq Mərkəzinin yeni binasının açılışı olub.

Açılış mərasimində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, TƏBİB-in İcraçı direktorunun müşaviri Töhfə Cəmilova, Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Hacı Lətifov, aidiyyəti qurumların nümayəndələri və tibb işçiləri iştirak ediblər.

Bildirilib ki, Aşağı Güzdək qəsəbəsində fəaliyyət göstərən tibb müəssisəsi əvvəlcə feldşer-mama məntəqəsi, daha sonra həkim məntəqəsi kimi xidmət göstərib. 2021-ci ildən isə Aşağı Güzdək Ailə Sağlamlıq Mərkəzi statusu ilə fəaliyyətini davam etdirir.Məlumata görə, əvvəlki binanın qəzalı vəziyyətdə olması səbəbindən müəssisənin yeni binaya köçürülməsi qərara alınıb.

Bir ildən artıq davam edən əsaslı təmir və yenidənqurma işləri başa çatdıqdan sonra mərkəz müasir binada fəaliyyətə başlayıb.Hazırda tibb müəssisəsi 12 min 600 nəfərə, o cümlədən 2 min 920 uşağa ilkin səhiyyə xidməti göstərir. Mərkəzdə 13 nəfərlik kollektiv çalışır. Onlardan 4-ü, bölmə müdiri də daxil olmaqla, həkim heyətidir.

Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə müəssisə ailə həkimi-terapevt, ailə həkimi-pediatr və həkim-mama-ginekoloq ixtisasları üzrə mütəxəssislərlə təmin olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan üzərindən Ermənistana növbəti buğda yükü göndərildi

Next Article

Xorvatiya nümayəndə heyəti Azərbaycanın hərbi təhsil müəssisələrində olub

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakıda bu yollardan keçənlərə xəbərdarlıq

Aysel Əlibəyli 24 İyun 2026 · 08:39 1142 baxış Elpress.az xəbər verir ki, paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yaydığı məlumata görə, hazırda aşağıdakı istiqamətlərdə tıxac müşahidə […]

Bakıda güclü külək ağacları zədələyib

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 18:42 1042 baxış Paytaxtda 15 ağac sınıb, 20 ağacın budaqları qırılıb Elpress.az xəbər verir ki, Bakıda gün ərzində müşahidə olunan güclü külək yaşıllıqlara da təsir göstərib. Küləyin yaratdığı fəsadlar […]

AMEA-nın həqiqi üzvü Əjdər Məcidov vəfat etdi

Aysel Əlibəyli 08 İyul 2026 · 14:41 1102 baxış Azərbaycan elminə dəyərli töhfələr vermiş AMEA-nın həqiqi üzvü, tanınmış akademik Əjdər Məcidov 88 yaşında dünyasını dəyişib. Elpress.az xəbər verir ki, Akademik Əjdər Məcidov bu gün səhər […]