Elpress.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-də aparılan texniki optimallaşdırma, monitorinq və sınaq tədbirlərindən sonra qatarlar arasında intervalların azaldılması qərara alınıb.
Sentyabrın 15-dən etibarən “İçərişəhər–Əhmədli” istiqamətində qırmızı xətt üzrə pik saatlarda qatarlar 2 dəqiqəlik intervalla hərəkət edəcək.Yaşıl xətt üzrə sərnişin sıxlığı yarandığı halda interval 3 dəqiqə 30 saniyədən 3 dəqiqəyə endiriləcək.Bənövşəyi xəttdə isə payız-qış qrafikinə uyğun olaraq “Avtovağzal–8 Noyabr” sahəsində 5 dəqiqə, “Xocəsən–Avtovağzal” sahəsində isə 10 dəqiqəlik interval tətbiq olunacaq.Yeni tədris ili ərzində bütün metro xətlərində sərnişin axını diqqətdə saxlanılacaq.
Ehtiyac yaranacağı təqdirdə qatarların hərəkət qrafikinə əlavə dəyişikliklərin edilməsi nəzərdə tutulur.


