--:--:-- | 23 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

COVID-19-la mübarizədə çalışan həkimlərə şad xəbər – əməkhaqqı əlavəsinin müddəti uzadıldı

Aysel Əlibəyli 22 İyul 2026 · 18:09 1106 baxış

Elpress.az xəbər verir ki, yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə tibbi xidmət göstərən həkim və tibb işçilərinin əməkhaqlarına ödənilən əlavənin müddəti yenidən uzadılıb.

Baş nazir Əli Əsədovun imzaladığı müvafiq qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində fəaliyyət göstərən xüsusi ambulator tibb məntəqələrində çalışan tibb işçilərinə verilən əlavə ödəniş 2026-cı il iyulun 1-dən oktyabrın 1-dək davam etdiriləcək.

Qərar COVID-19 infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik tibbi yardım göstərən həkimlərin və digər tibb personalının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə qəbul olunub.

Qeyd edək ki, sözügedən əlavələr pandemiya dövründə riskli şəraitdə çalışan tibb işçilərinin əməyinin stimullaşdırılması üçün tətbiq edilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

ABŞ-də dəhşətli fakt: 16 uşaq illərlə ağır şəraitdə saxlanılıb

Next Article

Azərbaycan–Çexiya əməkdaşlığı genişlənir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Xüsusi təyinatlı təhsil müəssisələrində Müəllimlər Günü qeyd olunub

Aysel Əlibəyli 05 Oktyabr 2026 · 21:01 1082 baxış Beynəlxalq Müəllimlər Günü münasibətilə Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrində tədbirlər təşkil olunub. Elpress.az xəbər verir ki, tədbirlərdə əvvəlcə Ulu Öndər Heydər […]