Bu gün axşam saatlarında Bakı Metropoliteninin “Memar Əcəmi” və “20 Yanvar” stansiyaları arasında sərnişin rels yoluna düşüb.
Elpress.az xəbər verir ki, hadisə ilə əlaqədar təhlükəsizlik məqsədilə təmas relsində elektrik enerjisinin verilişi dərhal dayandırılıb.Relslərə düşən şəxs ərazidən çıxarılaraq polis əməkdaşlarına təhvil verilib. Bundan sonra təmas relsinə elektrik enerjisinin verilməsi bərpa olunub.


