--:--:-- | 06 Noyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Bakı metrosunda böyük dəyişiklik: Növbəti 10 stansiya bu istiqamətdə tikiləcək

Aysel Əlibəyli 06 Avqust 2026 · 13:21 1126 baxış

Bakı Metropoliteninin inkişafı çərçivəsində yeni stansiyaların tikintisi və hərəkət sxemində mühüm dəyişikliklər nəzərdə tutulur.

Elpress.az xəbər verir ki, bu barədə Bakı Metropoliteninin sədri Vüsal Aslanov məlumat verib.Onun sözlərinə görə, təmir işləri başa çatdıqdan sonra Dərnəgül stansiyasından gələn qatarların xətləri ayrılacaq və sərnişinlər həmin istiqamətdən birbaşa Xətai stansiyasına hərəkət edə biləcəklər.Vüsal Aslanov bildirib ki, bu yenilik nəticəsində hazırda Cəfər Cabbarlı–Xətai istiqamətində 8 dəqiqə olan qatar intervalı təxminən 3 dəqiqəyədək azalacaq.

Metropoliten sədrinin sözlərinə görə, strateji inkişaf planına əsasən, növbəti 10 metro stansiyasının Xətai stansiyasından Həzi Aslanov istiqamətində inşa olunması nəzərdə tutulur. Xətlərin ayrılması isə bu layihənin ilk mərhələsini təşkil edir.

O qeyd edib ki, tikinti dövründə paytaxt sakinləri üçün müəyyən nəqliyyat çətinlikləri yarana bilər. Lakin metropoliten şəbəkəsinin gələcək inkişafı baxımından bu dəyişikliklərin zəruri olduğu vurğulanıb.

Həmçinin bildirilib ki, gələcəkdə hər bir metro xəttinin ayrıca deposu, infrastrukturu və hərəkət qrafiki olacaq ki, bu da metronun fəaliyyətinin daha səmərəli təşkilinə imkan verəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Pensiya və müavinətlərin ödəniş tarixləri açıqlandı

Next Article

Ceki Çanı İçərişəhərdə görmək üçün maşının qabağına qaçdılar

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Müdafiə Nazirliyi vərəmlə mübarizə üzrə əməkdaşlığa başlayıb

Aysel Əlibəyli 14 Oktyabr 2026 · 17:30 1150 baxış Azərbaycan Ordusunda vərəm və yuxarı tənəffüs yolları xəstəliklərinin qarşısının alınması üçün yeni əməkdaşlıq təşəbbüsü həyata keçiriləcək. Elpress.az xəbər verir ki, Müdafiə Nazirliyinin Tibb İdarəsi ilə “Vərəmsiz […]

AzTU-da ikinci təhsil almaq istəyənlərə şans

Aysel Əlibəyli 24 Avqust 2026 · 16:24 1096 baxış Azərbaycan Texniki Universitetində (AzTU) 2026/2027-ci tədris ili üzrə təkrar ali təhsil almaq istəyənlər üçün sənəd qəbulu davam edir. Elpress.az xəbər verir ki, universitetdə əyani təhsil formasında […]