--:--:-- | 23 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Məktəblərdə süni intellekt dərsləri: Bu fənləri kimlər tədris edəcək?

Aysel Əlibəyli 18 İyul 2026 · 15:33 1108 baxış

Elpress.az xəbər verir ki, bu ilin sentyabr ayından etibarən Azərbaycanda məktəblərdə süni intellekt və kibertəhlükəsizlik dərslərinin tədrisinə başlanılması nəzərdə tutulur.

Yeni fənlərin hansı müəllimlər tərəfindən tədris ediləcəyi ilə bağlı məsələyə təhsil eksperti Elçin Əfəndi aydınlıq gətirib.

Ekspert bildirib ki, təşəbbüsün əsas məqsədi şagirdlərdə süni intellekt və kibertəhlükəsizlik sahəsində ilkin bilik və bacarıqların formalaşdırılmasıdır. Onun sözlərinə görə, bu dərslərə informasiya texnologiyaları, kompüter elmləri, süni intellekt və maşın təlimi üzrə ixtisaslaşmış mütəxəssislər, həmçinin riyaziyyat müəllimləri cəlb oluna bilərlər.

Elçin Əfəndi qeyd edib ki, yeni fənlər üzrə tədris mərhələli şəkildə həyata keçiriləcək və ilkin mərhələdə digər əsas fənlərdə olduğu qədər geniş dərs saatı ayrılması planlaşdırılmır.

Ekspert əlavə edib ki, perspektivdə süni intellekt və kibertəhlükəsizlik sahələri üzrə pedaqoji kadr hazırlığının gücləndirilməsi vacib olacaq. Bu məqsədlə gələcəkdə müəllim hazırlığı proqramlarına yeni istiqamətlərin daxil edilməsi və ya ixtisaslaşmış mütəxəssislərin birbaşa tədris prosesinə cəlb olunması zərurəti yarana bilər.

Mövzu ilə bağlı Elm və Təhsil Nazirliyinə, eləcə də Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinə rəsmi sorğu ünvanlandığı bildirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Gəncədə qadın ərini avtomobillə vurdu

Next Article

Sabah 38 dərəcə isti olacaq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

TƏBİB “103” xidmətində süni intellekt dövrünə keçir

Aysel Əlibəyli 14 İyul 2026 · 20:51 1144 baxış TƏBİB təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin daha operativ və səmərəli təşkili istiqamətində yeni texnologiyaların tətbiqinə başlayır. Elpress.az xəbər verir ki, bu məqsədlə TƏBİB və “Azerconnect […]

Düşmən mövqelərini məhv edən Milli Qəhrəman – Fərhad Hümbətov

Aysel Əlibəyli 10 Sentyabr 2026 · 17:22 1058 baxış Elpress.az xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı Fərhad Hümbətovun qəhrəmanlıq yolu ehtiramla yad edilir. Vətən uğrunda döyüşlərdə göstərdiyi igidlik və fədakarlıqla yadda qalan Fərhad Hümbətov Azərbaycanın […]

Şahbuz Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsindən azad edilib

Aysel Əlibəyli 22 Oktyabr 2026 · 17:39 1016 baxış Naxçıvan Muxtar Respublikasının Şahbuz Rayon Təhsil Şöbəsinin müdiri Elşən Babayev vəzifəsindən çıxarılıb. Elpress.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının təhsil naziri Ovni Muradov əmr […]