--:--:-- | 29 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Müstəqil ekspert sertifikatı almaq istəyənlər imtahan verib

Aysel Əlibəyli 09 Avqust 2026 · 19:07 1054 baxış

Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün test imtahanı keçirilib.

Elpress.az xəbər verir ki, 9 avqust tarixində keçirilən imtahan Dövlət İmtahan Mərkəzi tərəfindən elektron formada təşkil olunub.İmtahanda 15 nəfər iştirak edib. Onlardan 4 nəfər uğur qazanaraq müstəqil ekspert sertifikatı əldə edib.

Namizədlər imtahanı başa çatdırdıqdan və ya ayrılmış vaxt tamamlandıqdan sonra nəticələri ilə tanış olmaq imkanı əldə ediblər. Nəticələrin DİM-in rəsmi internet səhifəsində də yerləşdiriləcəyi bildirilib.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası avqustun 10-u və 11-də saat 14:00-dan 17:00-dək DİM-in əsas inzibati binasında fəaliyyət göstərəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Netanyahu: “İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyik”

Next Article

Möhsin Rezai yeni vəzifəyə təyin edildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Naxçıvanda sentyabr pensiyaları ödənilib

Aysel Əlibəyli 08 Sentyabr 2026 · 16:55 1038 baxış Naxçıvan üzrə sentyabr ayına aid pensiya ödənişləri başa çatdırılıb Elpress.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında sentyabr ayı üzrə pensiya ödənişləri tam şəkildə həyata keçirilib.Ödənişlər Əmək […]

Müdafiə Nazirliyinin rəhbərliyi Hərbi Polisin təlim prosesini izləyib

Aysel Əlibəyli 21 Sentyabr 2026 · 10:33 1084 baxış Müdafiə Nazirliyinin rəhbər heyəti Hərbi Polisin Əməliyyat İmkanları Konsepsiyası bölüyünün ön əməliyyat bazasında həyata keçirilən fəaliyyətlərlə tanış olub. Elpress.az xəbər verir ki, Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik […]