--:--:-- | 03 Noyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

15 Sentyabr: Bakıdan Təbrizə uzanan azadlıq düşüncəsi

Aysel Əlibəyli 15 Sentyabr 2026 · 11:38 1184 baxış

Elpress.az xəbər verir ki, 15 sentyabr — Bakının 1918-ci ildə Azərbaycan qüvvələri tərəfindən azad edildiyi gün — Azərbaycan tarixində milli dövlətçilik və suverenlik baxımından mühüm hadisələrdən biri kimi qiymətləndirilir.

Müəllif İsa Türkoğlu yazısında 15 Sentyabr hadisəsinin tarixi əhəmiyyətindən bəhs edərək bu tarixi milli iradə, azadlıq və öz müqəddəratını təyinetmə anlayışları ilə əlaqələndirib.Yazıda qeyd olunur ki, 1918-ci ildə Bakının azad edilməsi Azərbaycan Xalq Cümhuriyyətinin paytaxt üzərində hakimiyyətini möhkəmləndirməsi baxımından mühüm mərhələ olub. Müəllifə görə, Cümhuriyyətin qısa müddətli fəaliyyəti Azərbaycan dövlətçilik tarixində mühüm siyasi və institusional irs formalaşdırıb.İsa Türkoğlu məqaləsində Təbrizin Cənubi Azərbaycan tarixindəki roluna da diqqət çəkib. O, şəhəri mədəniyyət, fikir və siyasi hərəkatların mühüm mərkəzlərindən biri kimi xarakterizə edib və Təbrizin tarixi yaddaş baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.Müəllif Cənubi Azərbaycanın gələcəyi ilə bağlı fikirlərini ifadə edərək siyasi statusun xalqın iradəsi əsasında, dinc və demokratik vasitələrlə müəyyənləşdirilməsinin tərəfdarı olduğunu bildirib. Yazıda insan hüquqları, vətəndaş bərabərliyi, ifadə və birləşmək azadlığı, hüquqi dövlət prinsipləri əsas meyarlar kimi göstərilir.Məqalədə Azərbaycan türkcəsinin təhsil, mədəniyyət, media və ictimai həyat sahələrində daha geniş istifadəsinin vacibliyi də qeyd olunur. Müəllif bunu dil və mədəniyyət hüquqları baxımından qiymətləndirir.İsa Türkoğlu yazısında vurğulayır ki, Cənubi Azərbaycanın gələcəyi ilə bağlı irəli sürülən baxışlar hər hansı xalqa və ya dilə qarşı yönəlməməli, azadlıq, hüquqi bərabərlik və dinc yanaşı yaşamaq prinsiplərinə əsaslanmalıdır.

Yazının sonunda müəllif 1918-ci ildə Bakı uğrunda döyüşlərdə iştirak edən və həlak olan şəxslərin xatirəsini yad edib, Nuru paşa və şəhid olan əsgərlərin fədakarlığını Azərbaycan tarixinin mühüm səhifələrindən biri kimi dəyərləndirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda 18 istiqamətdə sıxlıq yaranıb – yolların siyahısı

Next Article

Loğman Rəşidzadənin yeni romanı işıq üzü görüb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

M4 yolunun Cəngi hissəsində təhlükəsizlik tədbiri görülüb

Aysel Əlibəyli 09 Oktyabr 2026 · 13:46 1086 baxış M4 avtomobil yolunun Cəngi qəsəbəsindən keçən hissəsində sürücülərin diqqətini artırmaq və nəqliyyat vasitələrinin sürətini azaltmaq məqsədilə yol nişanlanması aparılıb. Elpress.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat […]

Bu 3 amil demensiyanı gecikdirə bilər

Aysel Əlibəyli 10 Avqust 2026 · 00:23 1074 baxış Siqaretdən uzaq durmaq, təzyiq və qan şəkərinə nəzarət demensiya riskini azalda bilər Elpress.az xəbər verir ki, Orta yaşlarda bəzi sağlamlıq göstəricilərinə nəzarət etmək demensiyanın başlanmasını əhəmiyyətli […]

Tez yuxuya getmək həmişə yaxşı əlamət deyil

Aysel Əlibəyli 24 İyul 2026 · 16:06 1112 baxış Mütəxəssislər yuxuya çox tez getməyin səbəbini açıqlayıblar Elpress.az xəbər verir ki, Mütəxəssislərin fikrincə, sağlam insanın yuxuya getməsi adətən 10-20 dəqiqə çəkir. Əgər insan hər dəfə yatağa […]