--:--:-- | 03 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Avropadan Azərbaycana turist axını artmaqda davam edir

Aysel Əlibəyli 02 İyul 2026 · 14:55 1110 baxış

Elpress.az xəbər verir ki, bu ilin yanvar-aprel aylarında Azərbaycana Avropa ölkələrindən 60 min 269 turist səfər edib.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz çoxdur. Dövlət Turizm Agentliyinin hesabatına əsasən, hesabat dövründə Şərqi Avropa ölkələrindən Azərbaycana 30 min 175 turist gəlib ki, bu da illik müqayisədə 1,4 faiz artım deməkdir.

Region üzrə ən çox turist Ukraynadan gəlib. Belə ki, dörd ay ərzində Ukraynadan Azərbaycana 10 min 544 nəfər səfər edib. Qərbi Avropa ölkələrindən gələn turistlərin sayı isə daha yüksək artım nümayiş etdirib. Yanvar-aprel aylarında bu regiondan ölkəmizə 30 min 94 nəfər səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15,5 faiz çoxdur. Qərbi Avropa ölkələri arasında ilk sırada Böyük Britaniya qərarlaşıb.

Hesabat dövründə bu ölkədən Azərbaycana 7 min 416 turist gəlib. Sonrakı yerlərdə Almaniya (7 min 45 nəfər), İtaliya (4 min 314 nəfər), Fransa (1 min 891 nəfər) və İspaniya (1 min 887 nəfər) qərarlaşıb.

Ümumilikdə isə bu ilin ilk dörd ayında Azərbaycana 175 ölkədən 658,1 min əcnəbi və vətəndaşlığı olmayan şəxs səfər edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz azdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bu istiqamətdə əlavə qatar reysləri istifadəyə verildi

Next Article

108 illik fədakarlıq yolu: İnsanların təhlükəsizliyi naminə

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Məktəblərdə smartfon istifadəsinə necə yanaşılmalıdır?

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 17:33 1040 baxış Ekspert: Smartfon dərsin əsas vasitəsi yox, yalnız ehtiyac olduqda istifadə edilən alət olmalıdır Elpress.az xəbər verir ki, Texnologiyanın gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi məktəblərdə smartfonlardan istifadəyə […]

Bakının və Abşeronun bəzi ərazilərində işıq olmayacaq

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 08:43 1042 baxış Elpress.az xəbər verir ki, sentyabrın 11-də Bakı və Abşeronun bir sıra ərazilərində planlı təmir işləri səbəbindən elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq. “Azərişıq” ASC-dən bildirilib ki, işlər […]