--:--:-- | 29 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

BDYPİ-dən qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə müraciət

Aysel Əlibəyli 11 Avqust 2026 · 10:37 1072 baxış

Elpress.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qeyri-sabit hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.

Müraciətdə sürücülərdən hava şəraitini və yolun vəziyyətini nəzərə alaraq nəqliyyat vasitələrini idarə edərkən xüsusilə diqqətli və ehtiyatlı olmaları xahiş olunub.

Bildirilib ki, yağıntılı və görmə məsafəsinin məhdud olduğu şəraitdə sürət həddi aşağı salınmalı, nəqliyyat vasitələri arasında ara məsafəsi artırılmalıdır. Həmçinin qəfil manevrlərdən və kəskin tormozlamalardan çəkinmək, avtomobilin işıq cihazlarından düzgün istifadə etmək tövsiyə olunub.Piyadalara da yağışlı hava şəraitində yollarda daha diqqətli olmaları tövsiyə edilib. Onlardan yolu yalnız müəyyən edilmiş piyada keçidlərindən keçmələri, yolun hərəkət hissəsinə qəfil çıxmamaları və keçid zamanı diqqəti yayındıran cihazlardan istifadə etməmələri xahiş olunub.

BDYPİ yol hərəkəti iştirakçılarını əlverişsiz hava şəraitində qaydalara ciddi əməl etməyə, diqqətli və məsuliyyətli davranmağa çağırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Saatlıda qəsdən yanğın törədən şəxs saxlanılıb

Next Article

Azərbaycan və Ukrayna arasında səhiyyə sahəsində əməkdaşlıqla bağlı Saziş təsdiqlənib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Uşaq bağçalarına elektron qəbul üçün qeydiyyat start götürür

Aysel Əlibəyli 02 İyul 2026 · 16:23 1166 baxış Elpress.az xəbər verir ki, məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qəbulu üzrə 2026–2027-ci tədris ili üçün qeydiyyat prosesinə start verilir. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin […]

Yüksək təzyiqi olanlara hansı pendir uyğundur?

Aysel Əlibəyli 01 Avqust 2026 · 14:55 1050 baxış İsveçrə pendiri aşağı natrium tərkibinə görə faydalı seçim hesab olunur Elpress.az xəbər verir ki, İsveçrə pendiri aşağı duz tərkibi və zəngin qida dəyəri ilə yüksək arterial […]