--:--:-- | 23 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Təhsil kreditlərinin meyarları dəyişdirilə bilər

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 14:29 1080 baxış

Deputat ailənin real gəlirinin və sosial yükünün nəzərə alınmasını təklif edib

Elpress.az xəbər verir ki, Təhsil kreditlərindən yararlanma meyarlarına yenidən baxılması təklif olunub.Milli Məclisin Elm və təhsil komitəsinin iclasında deputat Elnarə Akimova bildirib ki, güzəştli təhsil kreditlərinin müəyyənləşdirilməsi zamanı yalnız valideynlərin işləyib-işləməməsi əsas meyar olmamalıdır.Onun sözlərinə görə, hər iki valideynin işləməsi ailənin maddi baxımdan təminatlı olması anlamına gəlmir. Kirayə, kommunal ödənişlər, müalicə xərcləri və ailədə bir neçə övladın eyni vaxtda təhsil alması büdcəyə ciddi yük yarada bilər.Deputat hesab edir ki, təhsil kreditlərinin meyarları müəyyənləşdirilərkən ailənin real gəliri, sosial yükü və maddi vəziyyəti də nəzərə alınmalıdır.Elnarə Akimova vurğulayıb ki, hər iki valideyni işləyən, lakin real maliyyə çətinliyi yaşayan istedadlı tələbələrin də güzəştli təhsil kreditlərindən yararlanmasına imkan verən daha ünvanlı və ədalətli mexanizm yaradılmalıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Dörd ölkə yaşıl elektrik layihəsi üzrə saziş imzalaya bilər

Next Article

Azərbaycan-Türkiyə enerji əməkdaşlığı strateji mərhələyə çatıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakıda meyit donordan ürək transplantasiyası həyata keçirilib

Aysel Əlibəyli 22 Oktyabr 2026 · 15:33 1044 baxış Bakıda Mərkəzi Klinikada ürək köçürülən xəstə müalicəsini başa vuraraq evə buraxılıb. Əməliyyata tanınmış kardioloq-cərrah Kamran Musayev rəhbərlik edib. Elpress.az xəbər verir ki, transplantasiya meyit donordan götürülən […]

Məktəblilərin payız tətilinin tarixləri açıqlanıb

Aysel Əlibəyli 21 Oktyabr 2026 · 21:43 1078 baxış Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində payız tətili noyabrın 16-da başlayacaq. Elpress.az xəbər verir ki, 2026/2027-ci tədris ili üzrə payız tətili noyabrın 16-dan 20-dək davam edəcək. Tətilin […]