--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Məktəbli formalarında endirim başladı – yeni qiymətlər AÇIQLANDI

Aysel Əlibəyli 15 Avqust 2026 · 11:40 1070 baxış

Yeni tədris ilinin başlanmasına sayılı günlər qaldığı bir vaxtda məktəbli formalarının satışı da sürətlənib. Valideynlər artıq övladları üçün forma alışına başlayıblar.

Elpress.az xəbər verir ki, məktəbli formalarının qiymətləri satış məntəqələrindən və məhsulun növündən asılı olaraq dəyişir.

Məlumata görə, müxtəlif satış nöqtələrində qısaqol köynəklər 23-27 manat, uzunqol köynəklər 25-27 manat, klassik şalvarlar 20-28 manat, ipli şalvarlar 20-35 manat, jaketlər 25-35 manat, ətəklər isə 25-35 manat arasında təklif olunur.

Məktəb embleminin formanın üzərinə vurulması üçün əlavə olaraq 1,5 manat ödəniş tələb edilir.Bəzi satış məntəqələrində isə daha münasib qiymətlərə məktəbli geyimləri təqdim olunur. Belə ki, köynəklər 15 manat, ətəklər 13 manat, şalvarlar 20 manat, jaketlər isə 23 manatdan başlayan qiymətlərlə satılır.Bakı Tikiş Evində istehsal olunan məktəbli formalarının da bu il endirimli qiymətlərlə satışa çıxarıldığı bildirilib. Belə ki, əvvəllər 20 manata satılan şalvar və ətəklərin qiyməti 15 manata endirilib. Jaketlərin qiyməti 30 manatdan 22 manata, polo köynəklərin qiyməti isə 12-14 manata qədər aşağı salınıb.

Məktəbli formalarının hazırlanmasında Türkiyə, Belarus və Özbəkistandan gətirilən parçaların istifadə olunduğu qeyd edilir.Məktəbli formalarının satışı ilboyu davam etdirilir. Ölkə üzrə fəaliyyət göstərən satış mərkəzlərində valideynlər müxtəlif ölçülərdə məktəbli geyimləri əldə edə bilərlər.Tədris ilinin başlamasına az vaxt qalması səbəbindən satış məntəqələrində sıxlıq və növbələrin yaranması ehtimal olunur.

Valideynlərə formaları əvvəlcədən əldə etmələri tövsiyə edilir. Bu, həm uyğun ölçü və model seçimini asanlaşdırır, həm də növbələrdə vaxt itkisinin qarşısını alır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Sea Breeze”də 4 yaşlı uşaq faciəli şəkildə həyatını itirdi

Next Article

Küləklə bağlı sarı və narıncı xəbərdarlıq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Elm “toyuq, yoxsa yumurta?” sualına cavab verib

Aysel Əlibəyli 26 Sentyabr 2026 · 14:39 1084 baxış Təkamül biologiyasına görə, yumurta toyuqdan əvvəl yaranıb Elpress.az xəbər verir ki, Əsrlərdir müzakirə olunan “əvvəl toyuq yaranıb, yoxsa yumurta?” sualının elmi izahı yumurtanın daha əvvəl mövcud […]

Bu 3 amil demensiyanı gecikdirə bilər

Aysel Əlibəyli 10 Avqust 2026 · 00:23 1052 baxış Siqaretdən uzaq durmaq, təzyiq və qan şəkərinə nəzarət demensiya riskini azalda bilər Elpress.az xəbər verir ki, Orta yaşlarda bəzi sağlamlıq göstəricilərinə nəzarət etmək demensiyanın başlanmasını əhəmiyyətli […]

DİN-in tabeliyindəki üç uşaq bağçası BŞTİ-yə təhvil verildi

Aysel Əlibəyli 06 Avqust 2026 · 11:14 1078 baxış Daxili İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən üç məktəbəqədər təhsil müəssisəsi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyinə verilib. Elpress.az xəbər verir ki, bu barədə BŞTİ məlumat […]