--:--:-- | 30 Sentyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Küləklə bağlı sarı və narıncı xəbərdarlıq

Aysel Əlibəyli 15 Avqust 2026 · 17:35 1042 baxış

Avqustun 16-da Bakıda və bir sıra bölgələrdə güclü külək gözlənilir

Elpress.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti avqustun 16-da ölkə ərazisinin bir sıra yerlərində gözlənilən güclü küləklə əlaqədar sarı və narıncı xəbərdarlıq elan edib.Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlıq səviyyəsinə uyğun olaraq şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Naxçıvan Muxtar Respublikası, eləcə də Cəbrayıl, Zəngilan, Füzuli, Ağdam, Mingəçevir, Yevlax, Tərtər, Bərdə, Cəlilabad, Biləsuvar, Gədəbəy, Göygöl, Ağstafa, Gəncə, Tovuz, Şəmkir, Samux, Qazax, Beyləqan, Şirvan, Salyan, Qobustan, İmişli, Saatlı, Sabirabad, Neftçala, Hacıqabul, Xaçmaz, Siyəzən, Şabran, Quba, Xızı və Qusar rayonlarında isə şərq küləyinin üstünlük təşkil edəcəyi bildirilir.Sarı xəbərdarlıq verilən ərazilərdə küləyin sürətinin saniyədə 13,9-20,7 metr olacağı proqnozlaşdırılır.Goranboy, Naftalan və Daşkəsən rayonlarında isə narıncı xəbərdarlıq qüvvədə olacaq. Bu ərazilərdə şərq küləyinin sürətinin saniyədə 20,8-28,4 metrə çatacağı gözlənilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Məktəbli formalarında endirim başladı – yeni qiymətlər AÇIQLANDI

Next Article

BƏƏ İrandan Hörmüz boğazını açmağı tələb edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Şimal rayonlarında Anım Günü tədbirləri keçirilib

Aysel Əlibəyli 27 Sentyabr 2026 · 18:25 1056 baxış Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızıda şəhidlərin xatirəsi anılıb Elpress.az xəbər verir ki, 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycanın şimal rayonlarında şəhidlərin xatirəsinə […]

Heydər Əliyevin regional inkişaf irsi müzakirə olunub

Elşən 23 Aprel 2026 · 18:08 1134 baxış Aprelin 23-də Milli Məclisin Regional məsələlər komitəsinin təşəbbüsü ilə “Azərbaycanda regionların, yerli demokratiyanın və özünüidarəetmənin inkişafında Heydər Əliyev irsi” mövzusuna həsr olunmuş konfrans təşkil olunub. ELPress.az-ın Azərtac-a […]