--:--:-- | 23 Sentyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Yeni agentliyin mətbuat katibi təyin olundu

Aysel Əlibəyli 07 Avqust 2026 · 11:51 1058 baxış

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyində yeni kadr təyinatı həyata keçirilib.

Elpress.az xəbər verir ki, bu barədə “Qafqazinfo” məlumat yayıb.Məlumata görə, Gülnar Hacalıyeva Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Gülnar Hacalıyeva bundan əvvəl nazirliyin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində mütəxəssis vəzifəsində çalışıb.Xatırladaq ki, Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi bu il İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin birləşdirilməsi nəticəsində yaradılıb.

Bir neçə gün əvvəl isə Dəniz Kərimzadə müvafiq əmrlə Agentliyin Kommunikasiya şöbəsinin rəhbəri vəzifəsinə təyin olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Baş Prokurorluq ər-arvadın qətli ilə bağlı məlumat yayıb.

Next Article

MEDİA Agentliyi ləğv edildi, yeni Şura yaradıldı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Zakir Həsənov hərbi hissələrdə vəziyyətlə tanış olub

Aysel Əlibəyli 12 Avqust 2026 · 12:29 1068 baxış Müdafiə naziri general-polkovnik Zakir Həsənov Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrində xidmət-döyüş fəaliyyətinin təşkili və hərbi qulluqçular üçün yaradılan sosial-məişət şəraiti ilə tanış olub. Elpress.az xəbər verir […]

Xarici diplomatlar Qarabağ Universitetinə səfər ediblər

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 14:57 1040 baxış Diplomatik nümayəndələr universitetdə yaradılan təhsil infrastrukturu ilə tanış olublar Elpress.az xəbər verir ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura təşkil olunan iki […]