--:--:-- | 21 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

44 günlük Zəfərin qəhrəmanına 44 yaş

Aysel Əlibəyli 19 İyul 2026 · 16:08 1106 baxış

44 günlük Vətən müharibəsinin qəhrəmanlarından biri, general-leytenant Babək Qurbanov bu gün 44 yaşını qeyd edir.

Elpress.az xəbər verir ki, uzun illər Azərbaycan Silahlı Qüvvələrində xidmət etmiş Babək Qurbanov bu dəfə doğum gününü mülki zabit kimi qarşılayır. General-leytenant Babək Qurbanov 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətə görə çoxsaylı orden və medallarla təltif olunub, həmçinin Azərbaycanın ən ali hərbi mükafatlarından biri olan “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülüb.

Prezidentin sərəncamları ilə ona əvvəlcə general-mayor, daha sonra isə general-leytenant ali hərbi rütbəsi verilib.

Qeyd edək ki, Babək Qurbanov bu ilin fevral ayına qədər Dövlət Sərhəd Xidmətinin Mərkəzi Aparatının rəisi vəzifəsində çalışıb. Səhhəti ilə əlaqədar xidmətdən ayrıldıqdan sonra DSX rəisi general-polkovnik Elçin Quliyevin mülki köməkçisi vəzifəsinə təyin olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakı metrosunda havalandırma sistemi yenilənir

Next Article

Jurnalistin səhhəti pisləşib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

HHM bölmələrinin yeni hərbi obyektləri istifadəyə verilib

Aysel Əlibəyli 05 Avqust 2026 · 11:08 1088 baxış Elpress.az xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin rəhbər heyəti Hava Hücumundan Müdafiə (HHM) bölmələrinin istifadəsinə verilən yeni hərbi obyektlərə baxış keçirib. Məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, […]

Aliment borcuna görə 1278 nəfər həbs edilib

Aysel Əlibəyli 12 Avqust 2026 · 16:47 1064 baxış Elpress.az xəbər verir ki, 2026-cı ilin ilk 6 ayı ərzində aliment öhdəliyini yerinə yetirməyən şəxslərlə bağlı 2740 inzibati xəta protokolu tərtib olunub. Məlumata görə, həmin şəxslərdən […]

İstidən bezən camışlar çaya axışdı

Aysel Əlibəyli 30 Avqust 2026 · 12:28 1064 baxış Türkiyədə camış sürüsünün sərinləmək üçün çaya toplaşması maraqlı görüntülər yaradıb Elpress.az xəbər verir ki, Türkiyənin Bitlis vilayətində havaların isinməsi camış sürüsünü sərinləmək üçün çaya üz tutmağa […]

TƏBİB və Belarus səfirliyi arasında görüş keçirilib

Aysel Əlibəyli 19 Avqust 2026 · 14:03 1072 baxış Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə Belarus Respublikasının Azərbaycandakı Səfirliyi arasında görüş keçirilib. Elpress.az xəbər verir ki, görüşdə TƏBİB-in icraçı direktoru Anar Bayramov, Belarusun Azərbaycandakı […]