--:--:-- | 05 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

1960-cı ilin araşdırmasında 13 noyabr 2026 “Qiyamət günü” kimi göstərilib

Aysel Əlibəyli 02 Oktyabr 2026 · 10:21 1050 baxış

1960-cı ildə nüfuzlu “Science” jurnalında dərc olunan bir araşdırma 66 il sonra yenidən dünya mediasının diqqət mərkəzinə düşüb. Tədqiqatda insan əhalisinin artım tempi ilə bağlı riyazi hesablamalar aparılıb və 13 noyabr 2026-cı il xüsusi tarix kimi göstərilib.

Elpress.az xəbər verir ki, araşdırma “Doomsday: Friday, 13 November, A.D. 2026” (“Qiyamət günü: 13 noyabr 2026, cümə”) başlığı ilə yayımlanıb. Məqalənin müəllifləri Heinz von Foerster, Patricia M. Mora və Lawrence W. Amiot olub.

Alimlər həmin dövrə qədər əldə olunan dünya əhalisi məlumatlarını riyazi model əsasında təhlil edərək, artımın əvvəlki sürətlə davam edəcəyi halda müəyyən bir vaxtda əhali sayının nəzəri olaraq sonsuzluğa yaxınlaşacağını hesablayıblar.

Tədqiqatda bunun insanlığın ciddi problemlərlə üzləşməsinə səbəb ola biləcəyi vurğulanıb və mövzu olduqca dramatik ifadələrlə təqdim edilib. Araşdırmanın müəllifləri insanların aclıqdan deyil, həddindən artıq sıxlıqdan əziyyət çəkə biləcəyi barədə xəbərdarlıq ediblər.

Lakin sonrakı illərdə real demoqrafik göstəricilər həmin hesablamanın proqnozlaşdırdığı trayektoriyadan uzaqlaşıb. Xüsusilə 1990-cı illərdən etibarən dünya əhalisinin artım tempi əvvəlki gözləntilərlə müqayisədə zəifləyib. Hazırkı demoqrafik məlumatlar 13 noyabr 2026-cı ildə dünyanın sona çatacağını göstərmir.

Mövzu hazırda yenidən gündəmə gəlsə də, ekspertlərin diqqət çəkdiyi əsas məqam həmin tarixin dəqiq “qiyamət günü” olması deyil. Araşdırma elmi hesablamaların necə sensasion başlıq və təqdimatla ictimaiyyətə çatdırıla biləcəyinə dair maraqlı nümunə kimi qiymətləndirilir.

Qeyd edək ki, 13 noyabr 2026-cı il üçün Vyanada “Qiyamət günü” proqnozlarının elmi əsaslarını və müasir demoqrafik vəziyyəti müzakirə edən xüsusi konfransın keçirilməsi də planlaşdırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Azeri Light” bahalaşdı – Azərbaycan neftinin qiyməti 125 dollara yaxınlaşdı

Next Article

YAP-ın VIII Qurultayı keçirilir – 960 nümayəndə iştirak edir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Qarabağ”ın oyunu ilə bağlı metronun iş rejimi dəyişdiriləcək

Aysel Əlibəyli 27 Avqust 2026 · 21:43 1050 baxış Bu gün keçiriləcək “Qarabağ” – “Tvente” qarşılaşması ilə əlaqədar Bakı Metropoliteninin iş rejimində dəyişiklik ediləcək. Elpress.az xəbər verir ki, UEFA Konfrans Liqasının pley-off mərhələsinin Tofiq Bəhramov […]

Bu istiqamətdə əlavə qatar reysləri istifadəyə verildi

Aysel Əlibəyli 02 İyul 2026 · 13:36 1104 baxış İyulun 6-dan 31-dək Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil olunacaq. Elpress.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) yaydığı məlumata görə, əlavə reyslərə əsasən […]