--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

1 milyon manatdan çox mənimsəmə ittihamı: hərbçilərin məhkəməsi başladı

Aysel Əlibəyli 18 Sentyabr 2026 · 14:47 1104 baxış

Elpress.az xəbər verir ki, Müdafiə Nazirliyinin İşlər İdarəsində müxtəlif vəzifələrdə çalışmış dörd hərbçi barəsində açılmış cinayət işi üzrə məhkəmə araşdırmasına start verilib.

İş üzrə təqsirləndirilən şəxslər arasında idarənin sabiq rəisi, polkovnik Elnur Süleymanov, polkovnik-leytenant Emin Əliyev, həmçinin Məsud İbrahimov və Pərviz Abdullayev yer alır.Məhkəmə prosesinə Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev rəhbərlik edir. İlk iclasda təqsirləndirilən şəxslərlə bağlı zəruri məlumatlar dəqiqləşdirilib. Prosesin media üçün qapalı keçirilməsi qərara alınıb.İttihama görə, sabiq nazirlik əməkdaşları 1 milyon manatdan artıq dövlət vəsaitinin mənimsənilməsində suçlanırlar. İttihamlar məhkəmədə təsdiqini taparsa, təqsirləndirilən şəxslər 14 ilədək həbs cəzası ilə üzləşə bilərlər.Məhkəmə onların proses müddətində azadlıqda qalmasını da məqsədəuyğun hesab edib.Növbəti və əsas məhkəmə iclasının oktyabrın 2-də keçirilməsi planlaşdırılır.Elnur Süleymanovun adı bundan əvvəl də Müdafiə Nazirliyindəki xərclərlə bağlı hazırladığı hesabatla ictimaiyyətin diqqətini çəkib. Hesabatda Nəcməddin Sadıkovun xərcləri sırasında 6 dəst armudu stəkan üçün 21 min manat, 80 ədəd çaxır üçün isə 8 min manat vəsait göstərildiyi bildirilmişdi.

Qeyd: Təqsirləndirilən şəxslərin ittiham olunduqları əməllər məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təsdiqlənməyib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

ABŞ Avropadakı 25 min hərbçisini geri çəkməyi planlaşdırır

Next Article

Neft ucuzlaşıb: “Brent” 104 dollardan aşağı düşüb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Formula-1 ilə əlaqədar Bakı Bulvarında giriş-çıxış məhdudlaşdırılır

Aysel Əlibəyli 22 Sentyabr 2026 · 11:31 1132 baxış Elpress.az xəbər verir ki, Formula-1 Azərbaycan Qran-prisinin keçirilməsi ilə əlaqədar Bakı Dənizkənarı Milli Parkının müəyyən hissəsində giriş-çıxış məhdudlaşdırılacaq. Məhdudiyyət 22 sentyabr saat 16:00-dan etibarən Dənizkənarı Milli […]

Litva Hərbi Akademiyasının nümayəndələri Azərbaycanda səfərdə olub

Aysel Əlibəyli 08 Oktyabr 2026 · 12:09 1080 baxış Azərbaycan və Litva arasında hərbi təhsil sahəsində əməkdaşlığın inkişafı istiqamətində növbəti görüşlər keçirilib. Litva Hərbi Akademiyasının nümayəndə heyəti ölkəmizdə səfərdə olub. Elpress.az xəbər verir ki, səfər […]

İşə getmədən maaş almaq mümkündür

Aysel Əlibəyli 10 Avqust 2026 · 17:05 1076 baxış Təhlükəli iş şəraitində əmək funksiyasından imtina edən işçinin maaşı saxlanılır Elpress.az xəbər verir ki, Azərbaycan qanunvericiliyinə əsasən, müəyyən hallarda işçi işə getmədiyi müddətdə əməkhaqqını almaqda davam […]