Təhlükəli iş şəraitində əmək funksiyasından imtina edən işçinin maaşı saxlanılır
Elpress.az xəbər verir ki, Azərbaycan qanunvericiliyinə əsasən, müəyyən hallarda işçi işə getmədiyi müddətdə əməkhaqqını almaqda davam edə bilər.Əmək Məcəlləsinin 230-cu maddəsinə görə, işçinin təqsiri olmadan əməyin mühafizəsi qaydalarının pozulması səbəbindən müəssisədə və ya iş yerində fəaliyyət dayandırılarsa, həmin şəxsin iş yeri və vəzifəsi saxlanılır. Bu müddət ərzində işçiyə orta əməkhaqqının ödənilməsi də nəzərdə tutulur.Bundan başqa, işəgötürən təhlükəsiz əmək şəraiti yaratmadıqda və bu vəziyyət işçinin həyatı və ya sağlamlığı üçün təhlükə törətdikdə, işçi əmək funksiyasını yerinə yetirməkdən imtina edə bilər.Belə halda işçinin məsuliyyətə cəlb olunmayacağı bildirilir. Tərəflər arasında yaranan əmək mübahisələri isə qanunvericiliyin müəyyən etdiyi qaydada həll edilir.



