--:--:-- | 22 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Nyu-Yorkda azərbaycanlı gənclərin iştirakı ilə görüş keçirilib

Aysel Əlibəyli 09 Sentyabr 2026 · 18:23 1076 baxış

Elpress.az xəbər verir ki, ABŞ-nin Nyu-York şəhərində yaşayan və təhsil alan azərbaycanlı gənclər üçün şəbəkələşmə tədbiri təşkil olunub.
“Meet & Greet” formatında keçirilən görüşdə 40-a yaxın azərbaycanlı gənc iştirak edib.
Gənclər Fondunun dəstəyi və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Cavid İsmayılov və ASAP-ın idarə heyətinin üzvü Mirgünay Bayramova çıxış ediblər.
Çıxışlarda Azərbaycan gənclərinin beynəlxalq platformalarda fəal iştirakı, dövlət gənclər siyasəti çərçivəsində həyata keçirilən layihələr və ABŞ-də təhsil alan azərbaycanlıların ölkəmizi layiqincə təmsil etməsinin əhəmiyyəti vurğulanıb.
Tədbir zamanı ASAP-ın Nyu-York nümayəndəsi Elman Gözəlov təşkilatın fəaliyyəti, gənclərə təqdim olunan imkanlar və yaxın aylarda reallaşdırılması nəzərdə tutulan layihələr barədə məlumat verib.
Görüşün sonunda iştirakçılar arasında qarşılıqlı fikir və təcrübə mübadiləsinə imkan yaradan şəbəkələşmə sessiyası keçirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Sabah”ın “Mançester Yunayted”lə oyununa 300-ə yaxın azarkeş gedəcək

Next Article

Türkiyə və Rusiya Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Marneulidə azərbaycanlı şagirdlər üçün tarixi tədbir keçirilib

Aysel Əlibəyli 20 Oktyabr 2026 · 20:10 1040 baxış Gürcüstanın Marneuli şəhərindəki Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində 18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə əlaqədar maarifləndirici görüş təşkil olunub. Elpress.az xəbər verir ki, tədbirdə şagirdlərə […]

Seymur Nəsirovun Bakıda görüşləri ərəb mediasında

Aysel Əlibəyli 06 Oktyabr 2026 · 17:06 1074 baxış Misirdə yaşayan azərbaycanlı alim və Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Seymur Nəsirovun Bakıda keçirdiyi görüşlər ərəb mediasının diqqətini cəlb edib. Elpress.az xəbər verir ki, Seymur Nəsirov Misirin […]