--:--:-- | 31 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

İsa Türkoğlu: Qürbətdə böyüyən azərbaycanlı uşaqların ana dilində təhsili vacibdir.

Aysel Əlibəyli 14 Sentyabr 2026 · 18:47 1124 baxış

Elpress.az xəbər verir ki, xaricdə yaşayan azərbaycanlı uşaqların ana dilində, milli tarix və mədəni dəyərlər əsasında təhsil almasının əhəmiyyəti gündəmə gətirilib.

İsa Türkoğlunun fikrincə, qloballaşma və miqrasiya şəraitində xaricdə böyüyən azərbaycanlı uşaqların milli kimliyinin qorunması yalnız ailələrin deyil, dövlət qurumlarının və diaspor təşkilatlarının da diqqətində olmalıdır.Qeyd edilir ki, ana dilinin öyrənilməsi, Azərbaycan tarixi və mədəni irsi ilə tanışlıq uşaqların milli mənsubiyyətlərini daha yaxşı dərk etməsinə və ölkə ilə mənəvi bağlarının möhkəmlənməsinə imkan yaradır.Böyük Britaniya və digər ölkələrdə yaşayan azərbaycanlı uşaqların həmin ölkələrin təhsil imkanlarından yararlanaraq müxtəlif sahələrdə uğur qazanmasının mümkün olduğu vurğulanır. Bununla yanaşı, onların Azərbaycan dili və milli-mədəni dəyərləri mənimsəməsi gələcəkdə ölkənin beynəlxalq səviyyədə tanıdılmasına və milli maraqların təmsil olunmasına töhfə verə bilər.Müəllif bu istiqamətdə dövlət qurumları ilə diaspor təşkilatları arasında əməkdaşlığın gücləndirilməsini, həftəsonu Azərbaycan məktəblərinin və dil kurslarının fəaliyyətinin genişləndirilməsini, eləcə də mədəni-maarif proqramlarının inkişaf etdirilməsini təklif edib.İsa Türkoğlu dövlət qurumlarına müraciət edərək xaricdə yaşayan azərbaycanlı uşaqların ana dilində təhsilinə dair konkret proqramların hazırlanmasını və bu sahəyə maliyyə dəstəyinin artırılmasını tövsiyə edib.Onun fikrincə, bu gün milli təhsilə yönəldilən sərmayə gələcəkdə Azərbaycanla bağlılığı güclü olan intellektual və ictimai potensialın formalaşmasına xidmət edə bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

AZAL-ın sərnişin aviaşirkətinə yeni baş icraçı direktor təyin olunub

Next Article

“Kurtlar Vadisi”nin ssenaristləri Kozinoğlu işi üzrə ifadə verib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan neftinin qiymətində kəskin artım qeydə alındı

Aysel Əlibəyli 30 İyul 2026 · 12:06 1120 baxış Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Elpress.az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin dəyəri əvvəlki ticarət sessiyası ilə müqayisədə 6,97 ABŞ […]

Zaqatalada sel təhlükəsinə qarşı genişmiqyaslı tədbirlər davam edir

Aysel Əlibəyli 05 Avqust 2026 · 10:09 1086 baxış Zaqatala rayonunda dağ çaylarında sel və daşqın təhlükəsinin qarşısının alınması istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir. Elpress.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət […]

MEDİA Agentliyi ləğv edildi, yeni Şura yaradıldı

Aysel Əlibəyli 07 Avqust 2026 · 13:12 1116 baxış Azərbaycan Respublikasında Media və Yayım Şurasının strukturu təsdiq edilib. Elpress.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev avqustun 7-də Fərman imzalayıb.Fərmana əsasən, Media və Yayım […]

Nyu-Yorkda azərbaycanlı gənclərin iştirakı ilə görüş keçirilib

Aysel Əlibəyli 09 Sentyabr 2026 · 18:23 1094 baxış Elpress.az xəbər verir ki, ABŞ-nin Nyu-York şəhərində yaşayan və təhsil alan azərbaycanlı gənclər üçün şəbəkələşmə tədbiri təşkil olunub.“Meet & Greet” formatında keçirilən görüşdə 40-a yaxın azərbaycanlı […]