--:--:-- | 30 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

“Sabah”ın “Mançester Yunayted”lə oyununa 300-ə yaxın azarkeş gedəcək

Aysel Əlibəyli 09 Sentyabr 2026 · 18:16 1066 baxış

Azərbaycanın “Sabah” futbol klubunu İngiltərədə keçiriləcək tarixi qarşılaşmada 300-ə yaxın azarkeş dəstəkləyəcək.
Elpress.az xəbər verir ki, bu barədə komandanın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.
“Sabah” UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda səfərdə “Mançester Yunayted”lə qarşılaşacaq.
Görüş sentyabrın 10-da İngiltərənin Mançester şəhərində yerləşən “Old Trafford” stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Beləliklə, Azərbaycan təmsilçisinin İngiltərədəki vacib oyununda tribunadan yüzlərlə soydaşımız komandaya dəstək verəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Çempionlar Liqasında bu günün oyunları

Next Article

Nyu-Yorkda azərbaycanlı gənclərin iştirakı ilə görüş keçirilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Kompani məşq zamanı huşunu itirdi

Aysel Əlibəyli 23 Oktyabr 2026 · 22:08 1072 baxış “Bavariya”nın baş məşqçisi Vensan Kompani səhhətində yaranan problem səbəbindən xəstəxanaya yerləşdirilib. Elpress.az xəbər verir ki, oktyabrın 23-də baş verən hadisə zamanı belçikalı mütəxəssis klubun ikinci komandasının […]

“Sabah” Çempionlar Liqasında həlledici oyuna çıxır

Aysel Əlibəyli 25 Avqust 2026 · 09:06 1088 baxış Azərbaycan çempionu “Sabah” bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində növbəti və həlledici oyununu keçirəcək. Elpress.az xəbər verir ki, Bakı təmsilçisi Tofiq Bəhramov adına Respublika Stadionunda […]