--:--:-- | 05 Noyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

XİN rəhbərləri regional məsələləri müzakirə edib

Aysel Əlibəyli 20 İyun 2026 · 18:22 1146 baxış

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov arasında telefon danışığı olub.

Söhbət zamanı Azərbaycan-Özbəkistan münasibətlərinin gündəliyində duran məsələlər, yüksək səviyyəli təmaslar və əldə olunmuş razılaşmaların icra vəziyyəti nəzərdən keçirilib.

Elpress.az xəbər verir ki, Nazirlər ticarət, investisiya, nəqliyyat, logistika, enerji və iqtisadiyyatın digər sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar. Həmçinin qarşıdakı dövrdə müxtəlif səviyyələrdə keçirilməsi planlaşdırılan tədbirlərin qrafiki müzakirə olunub.Telefon danışığında Türk Dövlətləri Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı və digər çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq məsələləri də diqqət mərkəzində olub.Tərəflər sonda qarşılıqlı maraq doğuran regional və beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azov faciəsinin kölgəsində qalan sual: Ukrayna niyə başsağlığı vermədi?

Next Article

Tütün istehsalı 20 faizə yaxın artıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Üç rayona yeni icra başçısı təyin edildi

Aysel Əlibəyli 28 Sentyabr 2026 · 18:55 1106 baxış Elpress.az xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamları ilə Qaradağ, Naftalan və Gədəbəy üzrə yeni icra başçıları müəyyənləşdirilib. Sərəncama əsasən, Natiq Oruc oğlu Əliyev Bakı şəhəri […]