Ermənistanın Baş naziri Nikol Paşinyan noyabr ayında Türkiyəyə səfər edəcək. O, Antalyada keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə 31-ci Konfransında (COP31) iştirak edəcək.
Elpress.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 23-də Nyu-Yorkda Paşinyanla görüşü zamanı onu COP31 çərçivəsində keçiriləcək Liderlər Sammitinə dəvət edib.
Türkiyə Prezident Administrasiyasının məlumatına görə, görüşdə iki ölkə arasında münasibətlərin normallaşdırılması, ticarət və nəqliyyat əlaqələri, eləcə də regional məsələlər müzakirə olunub.
Qeyd edək ki, COP31 noyabrın 9-dan 20-dək Türkiyənin Antalya şəhərində keçiriləcək. Dünya liderlərinin iştirakı ilə sammitin əsas görüşləri isə noyabrın 11-12-də baş tutacaq.


