ABŞ Prezidenti Donald Tramp Respublikaçılar Partiyasının aralıq seçkilərdə məğlubiyyətinə təsir edən amillər sırasında İranla müharibəni və yanacağın bahalaşmasını göstərib.
Elpress.az xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi məlumat yayıb.
Tramp Ağ Evdə yeni ziyafət zalının tikinti sahəsində jurnalistlərlə söhbəti zamanı vitse-prezident Cey Di Vensin müharibənin seçki nəticələrinə təsiri ilə bağlı fikirlərinə münasibət bildirib.
ABŞ lideri bu qiymət artımının seçicilərin qərarına təsir etdiyini etiraf etsə də, İrana qarşı hərbi əməliyyata başlamaq qərarını müdafiə edib. O bildirib ki, eyni vəziyyət yenidən yaransaydı, yenə də bu addımı atardı.
Trampın sözlərinə görə, İranın nüvə silahına sahib olmasının qarşısını almaq uzunmüddətli təhlükəsizlik baxımından vacibdir və bu məqsədə nail olmaq üçün başqa seçim görmür.
Qeyd edək ki, ABŞ-də noyabrın 3-də keçirilən aralıq seçkilərdə Demokratlar Partiyası Konqresin hər iki palatasında üstünlük əldə edib. Tramp isə məğlubiyyətin səbəblərindən danışarkən İranla müharibənin yaratdığı iqtisadi təsirləri də önə çəkib.


