--:--:-- | 05 Noyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

İlham Əliyev BMT-nin beynəlxalq sammitinin iştirakçılarına müraciət etdi

Aysel Əlibəyli 05 Noyabr 2026 · 10:51 1016 baxış

Bakıda keçirilən BMT İdarəetmə İnnovasiyaları Sammitində Azərbaycanın dövlət idarəçiliyi sahəsində təcrübəsi və həyata keçirilən islahatlar diqqət mərkəzinə gətirilib.

Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev “BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” beynəlxalq tədbirinin iştirakçılarına müraciət ünvanlayıb. Müraciəti Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev oxuyub.

Dövlət başçısı müraciətində “ASAN xidmət” modelinin Azərbaycanın dövlət idarəçiliyi sahəsində mühüm yeniliklərindən biri olduğunu vurğulayıb. Bildirilib ki, 2012-ci ildə yaradılan bu sistem dövlət xidmətlərinin daha əlçatan, şəffaf və innovativ şəkildə göstərilməsinə imkan yaradıb.

Prezident qeyd edib ki, Azərbaycan “ASAN xidmət” təcrübəsini 50-dən çox ölkə ilə bölüşüb. Model BMT tərəfindən də yüksək qiymətləndirilib və 2015-ci ildə Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə rəqəmsal idarəetmə sahəsində xüsusi mükafata layiq görülüb.

Qeyd edək ki, noyabrın 5-6-da keçirilən sammit BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti və Azərbaycanın Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə baş tutur. Tədbirdə 100-dən çox ölkədən nazirlər, yüksək vəzifəli şəxslər, beynəlxalq təşkilatların nümayəndələri və ekspertlər iştirak edirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Arıqlama iynələrinin yeni təhlükəsi: Üz cizgiləri dəyişir, dəri sallanır

Next Article

İlham Əliyev: “ASAN xidmət” Azərbaycanın dünyada tanınan brendinə çevrilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

100-dən çox Azərbaycan dövlət domeninə kiberhücum edilib

Aysel Əlibəyli 14 Oktyabr 2026 · 18:20 1108 baxış Azərbaycanın 100-dən çox hökumət domeninə qarşı həyata keçirilən genişmiqyaslı kiberhücuma görə “313 Team” haker qruplaşması məsuliyyəti üzərinə götürüb. Elpress.az xəbər verir ki, İraqda fəaliyyət göstərdiyi ehtimal […]

İyulda qeyri-adi hava

Aysel Əlibəyli 01 İyul 2026 · 12:07 1114 baxış Yay ayının ilk günündə hava dəyişdi: Azərbaycanın əksər bölgələrində leysan, dağlarda qar müşahidə olundu İyulun ilk günündə Azərbaycanda qeyri-sabit hava şəraiti müşahidə olunub. Ölkə ərazisinin əksər […]