--:--:-- | 10 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Ukraynada saxlanılan azərbaycanlı Azərbaycana ekstradisiya ediləcək

Aysel Əlibəyli 24 Avqust 2026 · 21:02 1066 baxış

Külli miqdarda dələduzluqda şübhəli bilinən şəxs beynəlxalq axtarışdan sonra Ukraynada tutulub

Elpress.az xəbər verir ki, Külli miqdarda dələduzluq törətməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Seymur Salah oğlu Salahzadənin Ukraynadan Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub.Məlumata görə, ekstradisiya qərarı Azərbaycan Baş Prokurorluğunun Ukrayna Baş Prokurorluğuna müraciəti, zəruri sənədlərin təqdim edilməsi və tərəflər arasında aparılan danışıqlar nəticəsində qəbul edilib.Seymur Salahzadənin barəsində Azərbaycanda cinayət təqibi həyata keçirilir. O, istintaqdan yayınaraq gizləndiyi üçün beynəlxalq axtarışa verilib. Keçirilən tədbirlər nəticəsində onun Ukrayna ərazisində olduğu müəyyənləşdirilərək saxlanılması təmin edilib.Hazırda təqsirləndirilən şəxsin Azərbaycana gətirilməsi üçün müvafiq prosedurlar həyata keçirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda küçələrdən birində gecə saatlarında hərəkət məhdudlaşdırılacaq

Next Article

Azərbaycanın türk dünyasında artan rolu diqqət çəkib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Heybət Vəliyev: Turistlərin təhlükəsizliyi prioritet olmalıdır

Aysel Əlibəyli 08 İyun 2026 · 11:37 1132 baxış Azərbaycan Turizm Bürosunun Destinasiyanın İnkişafı və Turizm Məhsul Departamentinin rəhbəri Heybət Vəliyev mövsüm öncəsi turistlərin təhlükəsizliyinin artırılmasının vacibliyini vurğulayıb. Elpress.az “Report”a istinadən xəbər verir ki, Onun […]

“Rusiya ilə münasibətləri pozmaq niyyətində deyilik”

Aysel Əlibəyli 14 May 2026 · 15:59 1125 baxış Erənistanın Rusiya ilə qarşıdurmaya getmək niyyəti yoxdur. Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib.O bildirib ki, Ermənistan kiçik dövlət olduğu üçün Rusiya ilə mübahisəyə girmək […]

AQEM Azərbaycanın təşkilata töhfəsini yüksək qiymətləndirdi

Aysel Əlibəyli 30 İyun 2026 · 18:41 1102 baxış Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) rəhbərliyi Azərbaycanın təşkilatın inkişafında oynadığı rolu və diplomatik fəaliyyətini xüsusi qeyd edib. Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata […]