--:--:-- | 28 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Hikmət Hacıyev Fransa ilə əlaqələrin gələcəyini müzakirə etdi

Aysel Əlibəyli 25 İyun 2026 · 16:15 1086 baxış

Azərbaycan və Fransa arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, regional proseslər və qarşılıqlı maraq doğuran mühüm məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb

Azərbaycan və Fransa arasında siyasi dialoqun və qarşılıqlı əməkdaşlığın aktual istiqamətləri müzakirə olunub.Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda səfərdə olan Fransa Prezidentinin kontinental Avropa üzrə diplomatik müşaviri Bertrand Buşvalter ilə keçirdiyi görüş barədə “X” hesabında məlumat verib.Hikmət Hacıyev bildirib ki, fransalı həmkarı Bertrand Buşvalterlə Bakıya səfəri çərçivəsində məhsuldar və konstruktiv görüş keçirilib. Görüş zamanı ötən ay Azərbaycan Prezidenti İlham Əliyev ilə Fransa Prezidenti Emmanuel Makron arasında baş tutmuş telefon danışığının ruhuna uyğun olaraq, iki ölkə arasında mövcud münasibətlərin hazırkı vəziyyəti, əməkdaşlığın inkişaf imkanları və gələcək perspektivləri ətraflı şəkildə nəzərdən keçirilib.Tərəflər, həmçinin regionda baş verən proseslər, qarşılıqlı maraq doğuran məsələlər və Azərbaycan–Fransa əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Zakir Həsənov: Azərbaycan Ordusu regionun ən güclü hərbi qüvvələrindən biridir

Next Article

Azərbaycanda bir sıra publik hüquqi şəxslərin statusu dəyişdirildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Prezidentdən Milix Yevdayevlə bağlı sərəncam

Aysel Əlibəyli 25 İyul 2026 · 14:19 1052 baxış Prezident İlham Əliyev Milix Yevdayevi 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib. Elpress.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milix İlxananoviç Yevdayevin […]

Ceyhun Bayramov Gürcüstanlı həmkarı ilə görüş keçirib.

Aysel Əlibəyli 08 İyun 2026 · 19:46 1098 baxış Ceyhun Bayramov İstanbulda Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə ikitərəfli görüş keçirib. Görüş zamanı tərəflər Azərbaycan və Gürcüstan arasında mövcud dostluq və strateji əməkdaşlıq münasibətlərinin […]