--:--:-- | 16 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Milli Məclis Azərbaycana qarşı hibrid hücumlarla bağlı bəyanat yayıb

Aysel Əlibəyli 16 Oktyabr 2026 · 11:23 1012 baxış

Azərbaycana qarşı dini-ideoloji təxribatların, kiberhücumların və əlaqələndirilmiş informasiya əməliyyatlarının intensivləşdiyi bildirilib.

Elpress.az xəbər verir ki, bu barədə Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının yaydığı bəyanatda qeyd olunub.

Sənəddə Azərbaycanın beynəlxalq nüfuzunun artması, enerji təhlükəsizliyinə verdiyi töhfələr, tranzit marşrutlarındakı strateji mövqeyi və ölkədəki siyasi-iqtisadi sabitliyin xarici aktorların diqqətini cəlb etdiyi vurğulanıb.

Komissiyanın bildirdiyinə görə, aidiyyəti dövlət qurumları ilə aparılan araşdırmalar zamanı ictimai rəyi manipulyasiya etmək, cəmiyyətdə qütbləşmə yaratmaq və dövlət institutlarına etimadı zəiflətmək məqsədi daşıyan fəaliyyətlər müəyyən edilib. Bəyanatda bu proseslərdə xarici media qurumlarının, haker qruplarının, saxta hesabların və botların rol oynadığı iddia olunur.

Sənəddə sosial şəbəkələrdə alqoritmlər vasitəsilə yayılan məzmunun insanların mövcud baxışlarını möhkəmləndirə və onları birtərəfli məlumat mühitində saxlaya biləcəyi qeyd edilib. Komissiya hesab edir ki, bu üsullardan milli-mənəvi dəyərləri hədəfə almaq, cəmiyyətdə etnik, dini və siyasi ziddiyyətləri dərinləşdirmək üçün istifadə olunur.

Bəyanatda Azərbaycan cəmiyyətinin bu cür təxribatlara qarşı mövqe sərgilədiyi bildirilib. Komissiya dövlət qurumlarının hibrid təhdidlərə qarşı fəaliyyətini davam etdirəcəyini vurğulayıb və Azərbaycana qarşı kampaniyaları pisləyən dost ölkələrin vətəndaşlarına təşəkkür edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Məzahir Əfəndiyevin yol cərimələri ilə bağlı 9 işə xitam verilib

Next Article

Dövlət qulluqçuları fəaliyyətlərini davam etdirmək üçün imtahan verməyəcəklər

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib

Aysel Əlibəyli 07 Avqust 2026 · 09:06 1082 baxış Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb Elpress.az xəbər verir ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində […]

Dövlət kibertəhlükəsizlik sahəsində addımlarını gücləndirir

Aysel Əlibəyli 04 İyul 2026 · 15:30 1138 baxış Azərbaycanda kibertəhlükəsizliyin gücləndirilməsi istiqamətində mühüm institusional dəyişiklik həyata keçirilir. Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin bazasında Milli […]

Ceyhun Bayramov: Hakan Fidanın səfərinin rəmzi mənası var

Aysel Əlibəyli 15 Sentyabr 2026 · 15:24 1058 baxış XİN rəhbəri Qafqaz İslam Ordusunun Bakını azad etməsinin ildönümünü xatırladıb Elpress.az xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidanın […]