--:--:-- | 17 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

İlham Əliyev Qırğızıstan Prezidentini təbrik edib

Aysel Əlibəyli 31 Avqust 2026 · 11:26 1062 baxış

Azərbaycan Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarova ölkəsinin müstəqilliyinin 35-ci ildönümü münasibətilə təbrik məktubu göndərib.

Elpress.az xəbər verir ki, dövlət başçısı məktubunda Sadır Japarova və qardaş Qırğızıstan xalqına Azərbaycan xalqı adından ən səmimi təbriklərini çatdırıb.Prezident İlham Əliyev Qırğızıstanın Sadır Japarovun rəhbərliyi ilə dövlətçiliyin möhkəmləndirilməsi, sosial-iqtisadi inkişaf və genişmiqyaslı quruculuq sahələrində mühüm uğurlar əldə etdiyini vurğulayıb.Dövlət başçısı Azərbaycan-Qırğızıstan münasibətlərinin dostluq və qardaşlıq əsasında inkişaf edərək müttəfiqlik səviyyəsinə yüksəlməsindən məmnunluğunu ifadə edib.İlham Əliyev son dövlət səfərinin iki ölkə arasında əməkdaşlığın geniş gündəliyini və qarşılıqlı tərəfdaşlıq əzmini bir daha nümayiş etdirdiyini qeyd edib.Prezident əminliyini bildirib ki, Azərbaycan-Qırğızıstan əlaqələri bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək.Məktubun sonunda Sadır Japarova möhkəm cansağlığı, xoşbəxtlik və dövlət fəaliyyətində uğurlar, Qırğızıstana isə əmin-amanlıq və firavanlıq arzulanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan mediası Qırğızıstana yollandı

Next Article

Yük qatarının hərəkəti zamanı faciə baş verdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

BƏƏ-də tutulan şəxs ölkəyə təhvil verildi

Aysel Əlibəyli 04 İyun 2026 · 21:11 1211 baxış Beynəlxalq axtarışa verilmiş şəxslərin ölkəyə qaytarılması istiqamətində görülən tədbirlər çərçivəsində daha bir şəxsin ekstradisiyası həyata keçirilib. Elpress.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Mətbuat Xidməti […]

Elnur Məmmədov: Ermənistanda TRIPP üzrə mühəndislik işləri başlayıb

Aysel Əlibəyli 25 Sentyabr 2026 · 14:13 1094 baxış Nazir müavini: Zəngəzur dəhlizinin inkişafında mühüm irəliləyiş əldə olunub Elpress.az xəbər verir ki, Azərbaycanla Ermənistan arasında nəqliyyat əlaqələrinin inkişafı istiqamətində işlər davam etdirilir. Ermənistan ərazisindən keçəcək […]

3 Oktyabr – Türk Dövlətləri Əməkdaşlıq Günü qeyd olunur

Aysel Əlibəyli 03 Oktyabr 2026 · 10:00 1088 baxış Bu gün türk dövlətləri arasında həmrəyliyin və qarşılıqlı əməkdaşlığın inkişafında mühüm əhəmiyyət daşıyan Türk Dövlətləri Əməkdaşlıq Günü qeyd olunur. Elpress.az xəbər verir ki, bu əlamətdar gün […]