--:--:-- | 04 Noyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Baş prokuror yanında Elmi-Məsləhət Şurası toplanıb

Aysel Əlibəyli 18 Sentyabr 2026 · 11:59 1110 baxış

İclasda cinayət qanunvericiliyi, məhkəmə ekspertizası və rəqəmsal kriminalistika məsələləri müzakirə olunub

Elpress.az xəbər verir ki, Sentyabrın 17-də Azərbaycan Respublikasının Baş prokuroru yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib.İclasa rəhbərlik edən Baş prokuror və Şuranın sədri Kamran Əliyev hüquq sisteminin qarşısında dayanan yeni vəzifələrdən, qanunun aliliyinin və insan hüquqlarının təmin olunmasından, həmçinin cinayətkarlıqla mübarizənin gücləndirilməsinin əhəmiyyətindən danışıb.Görüşdə azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri, Böyük Qayıdış prosesi, regional sabitliyin möhkəmləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və rəqəmsal inkişafın hüquq sahəsinə təsiri ilə bağlı məsələlər də diqqətə çatdırılıb.İclasın gündəliyində cinayət qanunvericiliyində gəlir və cinayət yolu ilə əldə edilmiş gəlirin hesablanması, məhkəmə ekspertizasında mövcud problemlər, ekspertiza tədqiqatlarının keyfiyyətinin artırılması, vergi yoxlamaları ilə bağlı qərarlardan şikayət müddətləri, xüsusi müsadirənin icrası və Cinayət Məcəlləsinin 283-cü maddəsinin təkmilləşdirilməsi kimi məsələlər yer alıb.Bundan əlavə, antikorrupsiya komplayens funksiyası, cinayət işlərinin ibtidai istintaqında rəqəmsal kriminalistikanın tətbiqi və yol hərəkəti qaydalarının pozulması ilə bağlı cinayətlərin təhlilinə dair metodiki vəsaitlər təqdim olunub.Müzakirələr zamanı hüquq tətbiqetmə təcrübəsində yaranan məsələlər nəzərdən keçirilib, rəqəmsal kriminalistikanın imkanları ətrafında fikir mübadiləsi aparılıb. Şura üzvləri qanunvericiliyin və hüquq tətbiqetmə mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini səsləndiriblər.İclasın sonunda Kamran Əliyev müzakirə olunan məsələlərin praktiki əhəmiyyətini vurğulayaraq, irəli sürülən təkliflərin nəzərə alınması və zəruri hallarda qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində tədbirlərin görülməsinin vacibliyini bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İnam Kərimov Seulda beynəlxalq məhkəmə konfransında iştirak edib

Next Article

Orta Dəhlizdə yük artımı ADY-ni lokomotiv parkını yeniləməyə sövq edir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ankara görüşündə Azərbaycan-Türkiyə gündəliyi müzakirə olundu

Aysel Əlibəyli 30 Oktyabr 2026 · 19:27 1074 baxış Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb. Elpress.az xəbər verir ki, təmas oktyabrın 30-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə […]

Moskva-İrəvan qaz münasibətlərində böhran siqnalı

Aysel Əlibəyli 27 May 2026 · 21:44 1162 baxış Ermənistan Rusiyadan təbii qaz, neft məhsulları və işlənməmiş almazların tədarükünə dair sazişin birtərəfli qaydada ləğv oluna biləcəyini bildirən məktub aldığını rəsmi olaraq təsdiqləyib. Ermənistan Xarici İşlər […]

MEDİA-da beynəlxalq media əməkdaşlığı müzakirə edildi

Aysel Əlibəyli 17 İyun 2026 · 13:48 1186 baxış Medianın İnkişafı Agentliyində İslam Əməkdaşlıq Təşkilatının Xəbər Agentlikləri Birliyinin baş direktoru ilə ikitərəfli görüş baş tutub. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Medianın İnkişafı Agentliyində (MEDİA) […]