--:--:-- | 02 Sentyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Azərbaycanın Çin və ŞƏT məkanı ilə əməkdaşlıq imkanları artır

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 16:58 1008 baxış

Deputat: Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir

Elpress.az xəbər verir ki, Prezident İlham Əliyevin Qırğızıstana işgüzar səfəri Azərbaycanın çoxşaxəli xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi qiymətləndirilir. Bişkekdə keçirilən görüşlər və yüksək səviyyəli tədbirlər ölkəmizin regional proseslərdə fəal iştirakını, həmçinin müxtəlif siyasi və iqtisadi platformalar arasında əməkdaşlığın qurulmasında rolunu nümayiş etdirib.Milli Məclisin deputatı Könül Nurullayeva bildirib ki, son illərdə Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında münasibətlər yeni mərhələyə keçib. Əvvəllər əsasən siyasi və humanitar sahələrlə məhdudlaşan əməkdaşlıq hazırda iqtisadiyyat, nəqliyyat, logistika, enerji və ticarəti əhatə edən geniş tərəfdaşlığa çevrilib.Deputatın sözlərinə görə, Azərbaycanın coğrafi mövqeyi bu prosesdə mühüm üstünlük yaradır. Xəzər dənizi ölkəmizlə Mərkəzi Asiyanın aparıcı dövlətləri arasında təbii bağlantı rolunu oynayır. Eyni zamanda, Azərbaycanda formalaşdırılan müasir nəqliyyat infrastrukturu Şərqdən Qərbə uzanan marşrutların səmərəliliyini artırır.Bu baxımdan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə keçirilən görüşün xüsusi əhəmiyyət daşıdığı qeyd olunub. Azərbaycan və Qazaxıstan Xəzər üzərindən Şərq-Qərb nəqliyyat əlaqələrinin inkişafında əsas tərəfdaşlar sırasında yer alır. Çin və Mərkəzi Asiyadan Avropaya qədər uzanan Orta Dəhlizin əhəmiyyətinin artması Bakı ilə Astana arasındakı əməkdaşlığa daha geniş geoiqtisadi məzmun qazandırır.Səfər çərçivəsində Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü də diqqət çəkib. Azərbaycan və Ermənistan liderlərinin beynəlxalq tədbirlər çərçivəsində birbaşa təmaslarının davam etməsi regionda sülh gündəliyinin qorunması baxımından mühüm hesab olunur. Əldə edilmiş razılaşmaların praktiki nəticələrə çevrilməsi üçün siyasi dialoqun davamlılığının vacibliyi vurğulanıb.Könül Nurullayeva qeyd edib ki, Azərbaycan regional təhlükəsizlik məsələlərində fəal mövqeyi ilə seçilir və Cənubi Qafqazda yeni siyasi reallıqların formalaşması, eləcə də davamlı sülhün təmin edilməsi prosesində iştirak edir.Deputatın fikrincə, Azərbaycanın yanaşmasına əsasən, Cənubi Qafqazda sülh və sabitlik iqtisadi və nəqliyyat əlaqələrinin genişləndirilməsi üçün yeni imkanlar yaratmalıdır. Sülhün iqtisadi dividendlərə çevrilməsi region dövlətləri arasında qarşılıqlı əməkdaşlığın daha da güclənməsinə şərait yarada bilər.Nurullayeva Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) məkanına marağında coğrafi mövqenin də mühüm rol oynadığını bildirib. Azərbaycanın Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyanı Cənubi Qafqaz və Avropa ilə birləşdirən əsas həlqələrdən biri olduğu qeyd edilib.Onun sözlərinə görə, Azərbaycan-ŞƏT əməkdaşlığının perspektivlərini yalnız siyasi dialoqla məhdudlaşdırmaq olmaz. Nəqliyyat və logistika ilə yanaşı, ticarət, investisiya, rəqəmsal iqtisadiyyat, yaşıl enerji, yüksək texnologiyalar, kənd təsərrüfatı, turizm, elm və təhsil sahələrində də geniş əməkdaşlıq imkanları mövcuddur.Beləliklə, Bişkek səfəri Azərbaycanın regional sülh və təhlükəsizlik proseslərində fəal iştirak etdiyini, Mərkəzi Asiya ilə strateji əlaqələrini gücləndirdiyini və Çin, eləcə də ŞƏT məkanı ilə əməkdaşlıq perspektivlərini genişləndirdiyini göstərir. Səfər həmçinin siyasi dialoq, iqtisadi tərəfdaşlıq, nəqliyyat bağlantıları və humanitar əməkdaşlığın vahid strateji xətt üzrə inkişaf etdirildiyini nümayiş etdirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

DOST Mərkəzi və filiallarında 360-dək benefisiar təlim alır

Next Article

Hacıqabulda çoban odlu silahdan açılan atəş nəticəsində ölüb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

QHT-lər üçün “bir pəncərə” sistemi tətbiq ediləcək

Aysel Əlibəyli 22 İyun 2026 · 19:44 1098 baxış Elpress.az xəbər verir ki, Nazirlər Kabineti qeyri-hökumət təşkilatlarının (QHT) dövlət tərəfindən maliyyələşdirilməsinin “bir pəncərə” prinsipi əsasında həyata keçirilməsini nəzərdə tutan yeni qaydanı təsdiqləyib. Yeni mexanizm dövlət […]

Prezident: Təhlükəsizlik təhdidləri regionumuz üçün realdır

Aysel Əlibəyli 13 İyul 2026 · 11:52 1052 baxış Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın əsas prioritetləri sırasında təhlükəsizlik, enerji, rəqəmsal inkişaf və Qarabağın bərpası xüsusi yer tutur. Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev […]