--:--:-- | 18 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Paşinyan: Azərbaycan və Türkiyə ilə münasibətlərdə irəliləyiş var

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 15:13 1068 baxış

Ermənistan Azərbaycan və Türkiyə ilə dövlətlərarası əlaqələrin qurulması istiqamətində addımlar atır

Elpress.az xəbər verir ki, Ermənistan Azərbaycan və Türkiyə ilə dövlətlərarası münasibətlərin formalaşdırılması istiqamətində irəliləyiş əldə olunduğunu açıqlayıb. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “ŞƏT plyus” formatında keçirilən görüşdə çıxışı zamanı bildirib.Paşinyan qeyd edib ki, Ermənistan çoxqütblü və balanslaşdırılmış xarici siyasət yürüdür. Onun sözlərinə görə, bu siyasətin əsas məqsədi ölkənin suverenliyini və müstəqilliyini qorumaq və möhkəmləndirməkdir.Ermənistan hökumətinin qonşu ölkələrlə münasibətlərə xüsusi diqqət ayırdığını deyən Paşinyan İran və Gürcüstanla dostluq əlaqələrinin dərinləşdirildiyini, Azərbaycan və Türkiyə ilə isə dövlətlərarası münasibətlərin qurulması istiqamətində işlərin davam etdiyini vurğulayıb.Baş nazir Ermənistanla Azərbaycan arasında sülhün təmin olunmasının regionda kommunikasiyaların açılması üçün yeni imkanlar yaratdığını bildirib. O, bu çərçivədə TRIPP layihəsinin həyata keçirilməsinin nəzərdə tutulduğunu deyib.Paşinyanın sözlərinə görə, yeni nəqliyyat bağlantıları Şərqlə Qərbi — Xəzər dənizi ilə Aralıq dənizini, eləcə də Cənubla Şimalı — Fars körfəzi ilə Qara dənizi birləşdirən marşrutların inkişafına imkan verə bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İtkin şəxslərlə bağlı 910 insan qalığı ekshumasiya edilib

Next Article

Rusiyalılar Qazaxıstana elektron icazə ilə gedəcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ukraynada saxlanılan azərbaycanlı Azərbaycana ekstradisiya ediləcək

Aysel Əlibəyli 24 Avqust 2026 · 21:02 1070 baxış Külli miqdarda dələduzluqda şübhəli bilinən şəxs beynəlxalq axtarışdan sonra Ukraynada tutulub Elpress.az xəbər verir ki, Külli miqdarda dələduzluq törətməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Seymur Salah oğlu […]

İlham Əliyev Böyük Britaniyanın yeni səfirini qəbul edib

Aysel Əlibəyli 18 Avqust 2026 · 22:14 1062 baxış Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib. Elpress.az xəbər verir ki, etimadnaməsini dövlət […]

Bəxtiyar Aslanbəyli “Şöhrət” ordeni ilə təltif edilib

Aysel Əlibəyli 06 Avqust 2026 · 16:52 1060 baxış Prezident İlham Əliyevdən sərəncam: Bəxtiyar Aslanbəyli “Şöhrət” ordeninə layiq görüldü Elpress.az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Bəxtiyar Əli oğlu Aslanbəyli “Şöhrət” ordeni […]

Əli Əsədov Şimali Kiprə başsağlığı verib

Aysel Əlibəyli 31 Avqust 2026 · 17:11 1054 baxış Azərbaycanın Baş naziri gəmi qəzasında ölənlərlə bağlı Ünal Üstelə başsağlığı məktubu göndərib Elpress.az xəbər verir ki, Azərbaycanın Baş naziri Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətində baş […]